Azərbaycanın bölgələri ilə Dnepr şəhəri arasında birgə iqtisadi layihələr həyata keçiriləcək
Tarix: 18.07.2017 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


"Azərbaycanın bölgələri ilə Ukraynanın Dnepr şəhəri arasında iqtisadi, ticari layihələrin reallaşdırılması və birgə müştərək işlərin görülməsi vacibdir".

Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Dnepr şəhər Administrasiyasının rəhbəri Boris Filatovla görüşü zamanı Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev deyib.


Dnepr şəhərində keçirilən görüşdə səfir qeyd edib ki, Prezident İlham Əliyevin qayğısı ilə Azərbaycanda münbit investisiya mühiti yaradılıb və ölkəmizin regionlarının inkişafına diqqət ayrılıb.

Azər Xudiyev vurğulayıb ki, Azərbaycanın qapıları Ukrayna investorlarının üzünə açıqdır: “Azərbaycanın tanınmış şirkətləri artıq Ukraynada iqtisadi, ticari layihələrə investisiya yatırırlar. Azərbaycan şirkətləri Dnepr şəhərinin iri layihələrinə də investisiya qoymağa hazırdır”.

Administrasiya rəhbəri Boris Filatov deyib ki, Dnepr şəhərində 30 mindən çox azərbaycanlı yaşayır. Onlar şəhərin ictimai-siyasi və iqtisadi həyatında fəal iştirak edirlər. O bildirib ki, Dnepr şəhərinin avtomobil yolları yenidən qurulacaq və Azərbaycan şirkətləri bu layihələrdə iştirak edərlərsə, administrasiya rəhbərliyi hər cür köməklik göstərəcək.

Dnepr şəhər meri, həmçinin keçən əsrin əvvəllərində - 1905-ci ildə inşa olunan qədim türk məscidinin yenidən qurulmasına Azərbaycan şirkətlərini dəvət edib.

Səfir irəli sürülən təkliflərə baxılacağını və layihələrin reallaşmasına köməklik göstəriləcəyini qeyd edib.

Söhbət zamanı Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy iki qardaş ölkələr arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info