“Rusiyaya qarşı sanksiyalar Avropanın enerji təhlükəsizliyinə təhdiddir“
Tarix: 18.07.2017 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Qanun layihəsi qəbul olunarsa, "Lukoil" şirkətinin iştirakı səbəbindən Azərbaycandan Avropaya qaz nəqli dayandırıla bilər
Rusiya qarşı yürüdülən sanksiyalar ABŞ şirkətlərinə xeyir qazandıra, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə zərbə vura bilər, buna görə, yeni hazırlanan qanun layihəsinin indiki redaksiyada qəbul edilməsi yolverilməzdir.
"APA-Economics" xəbər verir ki, bu barədə alman diplomat, Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger "Wall Street Journal" nəşrində dərc olunan məqaləsində yazıb.
Onun sözlərinə görə, Rusiyaya qarşı yürüdülən sanksiyalar məqsədinə çatmayacaq, lakin yeni problemlərin yaranması qaçılmazdır. "Qanun layihəsinə detallı şəkildə yenidən baxılmazsa, Avropanın enerji təhlükəsizliyi ciddi təhdidlə üzləşəcək. Bu isə Avropa ilə ABŞ arasında mövcud olan münasibətlərə təsirsiz ötüşməyəcək. Yaranmış vəziyyət yalnız Rusiyaya sərf edəcək", - müəllif yazır.
V. İşinger əlavə edib ki, ABŞ-ın qanunvericilik orqanı tərəfindən hazırlanan qanun layihəsi Vaşinqtonun maraqlarına xidmət edir və Avropanın maraqlarını nəzərə almır. Belə ki, Rusiyaya qarşı yürüdülən sanksiyalar həm rus, həm də avropalı şirkətlərin iştirak etdiyi "Şimal axını - 2" layihəsinə də təsir edir. Diplomat yazır ki, adıçəkilən boru kəmərinin tikintisinə dair iddialar həddən artıq şişirdilib: "Bu məsələ Vaşinqtonda həll olunmamalıdır. "Şimal axını - 2" Avropanın öz işidir və onun tikintisini Avropa qanunlarına istinadən avropalılar müzakirə etməlidir. Məsələn, avropalılar "Keystone XL" boru kəmərinin əleyhinə, özü də Avropa biznesinin lehinə qanun qəbul etsəydi, ABŞ buna necə reaksiya verərdi?"
Sədr əlavə edir ki, qanun layihəsi ABŞ-ın başqa ölkələrdə fəaliyyət göstərdiyi şirkətlərinə də neqativ təsir edəcək. "Belə ki, "Lukoil" şirkətinin iştirakı səbəbindən Azərbaycandan Avropaya qaz nəqli dayandırıla bilər. Bu isə Avropa İttifaqının enerji təhlükəsizliyinə ciddi təhdiddir. ABŞ şirkətləri isə bütün dünya üzrə Rusiya şirkətləri işbirliyini dayandırmalı olacaq", - deyə o qeyd edib.
V. İşinger onu da deyib ki, sözügedən sənədin qəbul olunması Rusiyanın iştirakı ilə Qazaxıstandan neft ixracının 2/3-nin dayandırılmasına səbəb ola bilər: "Rusiyadan Avropaya bu həcmdə neft-qaz ixracının dayandırılması yolverilməzdir. Onların alternativi yoxdur".
Qeyd edək ki, "Lukoil" "Şahdəniz" layihəsində və Cənubi Qafqaz Boru Kəməri şirkətində 10% iştirak payına malikdir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Gürcü larisi tarixi minimumu yenilədi
26.06.2019
Rusiyaya tətbiq olunan sanksiyalar alman şirkətlərini müflis etdi
26.06.2019
Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub
26.06.2019
Gürcüstanda parlamentin sədri dəyişdi
25.06.2019
Qazaxıstanda yaşayan azərbaycanlılardan xeyriyyəçilik təşəbbüsü

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info