DQİDK və Mətbuat Şurası “İslam həmrəyliyi və media” mövzusunda tədbir keçirib
Tarix: 18.07.2017 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda “İslam həmrəyliyi və media” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Komitə sədri Mübariz Qurbanlı ölkədə bu il Azərbaycan prezidenti tərəfindən "İslam Həmrəyliyi İli" elan edildiyini xatırladaraq, görülən işlərdən, o cümlədən İslam Həmrəyliyi oyunlarından danışıb, mətbuatın rolunu yüksək qiymətləndirib.

Azərbaycan dövlətinin mətbuata diqqət və qayğısından danışan M. Qurbanlı DQİDK-nin, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) öz fəaliyyətində mətbuatla əməkdaşlığa daim önəm verdiyini qeyd edib.

O, dini sahədən yazan jurnalistlərin maarifləndirilməsi işində QMİ-nin təşkil etdiyi treninqlərin müsbət nəticələr verdiyini diqqətə çatıdırıb. Komitə sədri avqust ayında Mətbuat Şurası ilə birlikdə dini sahədən yazan jurnalistlər arasında ən yaxşı yazı müsabiqəsi keçirəcəklərini də bildirib.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib ki, DQİDK mətbuatla fəal əməkdaşlıq edən qurumlar arasında ön sıralardadır. O, xarici qüvvələrin təhriki ilə bəzi qrupların ölkədə dini qarşıdurma yaratma cəhdlərinə, xüsusilə Bakıdakı "Hacı Cavad" məscidi ətrafında baş verən son olaylara toxunaraq, jurnalistlərin dini məsələlərə həssas yanaşmasının zəruriliyini qeyd edib. Ə. Amaşov dini maarifləndirmənin səviyyəsinin daha da yüksəldilməsinin əhəmiyyətini də önə çəkib.

“525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də DQİDK-nin fəaliyyətini yüksək qiymətləndirərək, son vaxtlar Komitənin media ilə münasibətinin nümunəvi müstəviyə yüksəldiyini deyib.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu isə çıxışında Komitənin media rəhbərlərinin iştirakı ilə ölkədəki dini durum və bu sahədə fəaliyyətə həsr olunmuş müzakirələr təşkil etməsini təklif edib.

“APA Holding”in prezidenti Vüsalə Mahirqızı ölkədə dini durumla bağlı stabilliyin yaranmasında media ilə DQİDK və QMİ arasında əməkdaşlığın və birgə fəaliyyətin böyük rol oynadığını diqqətə çatdırıb: “Dini sahədə iş həm də maarifləndirmədən keçir. Hesab edirəm ki, mediada mütəmadi olaraq dini mövzuda proqramlara, müzakirələrə yer verməyə, mövhumatdan, xurafatdan uzaq, yüksək dini savada, intellektə malik ekspertlərin fikrilərinin cəmiyyətə çatdırılmasına ehtiyac var”.

V. Mahirqızı QMİ tərəfindən jurnalistlər üçün təşkil olunan treninqlərin müsbət nəticələrinin olduğunu da bildirib: “Treninqlərin müsbət nəticələri var. Lakin bir məsələni də qeyd etmək istəyirəm ki, ölkəmizdə başqa dinlərin də nümayəndələri yaşayır. Bu treninqlərdə başqa dinlərin nümayəndələrin də iştirakı yaxşı olardı”.

V. Mahirqızı rəhbərlik etdiyi media qurumunun Dini Komitə ilə çox sıx əməkdaşlıq etdiyini qeyd edib: “Biz bilirik ki, din məsələsi dövlətimiz üçün olduqca həssas sahədir. Biz hərbi məsələlərdə nə qədər həssaslıq göstəririksə, bu məsələdə də eyni həssaslığı göstərməliyik. Ona görə mən də media rəhbərlərinin iştirakı ilə geniş müzakirələrin aparılmasının tərəfdarıyam".

Komitə sədri M. Qurbanlı media rəhbərlərinin bu təklifini dəstəkləyib, müzakirələrin təşkil olunacağını bildirib.

Tədbir çıxışlarla davam edib.

Sonda jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsitərəfindən "Qurani Kərim" hədiyyə olunub.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info