Yeni çörək kombinatı fəaliyyətə başlayıb
Tarix: 18.07.2017 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Dövlət Proqramına uyğun olaraq və sakinlərin tələbatı nəzərə alınaraq Pirallahı rayonunda “Ada çörək və un məmulatları kombinatı” fəaliyyətə başlayıb.
Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə çörək zavodu dünyanın bu sahədə məşhur müasir alman texnologiyaları əsasında hazırlanmış "Özköseoğlu" və “Altuntop” şirkətlərinin ən son texnologiyaları əsasında qurulub və gündəlik istehsal gücü 10 tondur.
Məhsulun hazırlanması prosesi tam avtomatlaşdırılıb və istehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunur ki, bu da sanitar-gigiyenik normalara əməl olunmaqla çox yüksək keyfiyyət standartlarına cavab verən çörək məhsullarının əldə edilməsinə imkan verir. Yeni texnologiyanın tətbiqi məhsulun maya dəyərinin formalaşmasında xüsusi çəkisi olan enerji xərclərinin azalmasına imkan yaradır. Bu da istehlakçılara keyfiyyətcə yüksək və aşağı qiymətlərlə çörək məhsullarının təqdim edilməsinə şərait yaradır. Burada 5 çeşiddə çörək və12 növdə şirniyyat məmulatları hazırlanır, gələcəkdə də tələbata uyğun çeşidlərin artırılması planlaşdırılır. Çörək məhsulları qablaşdırılaraq “Ada çörək ” brendi altında satışa çıxarılır. Bundan başqa, 35 min əhalini çörəklə təmin etmək gücünə malik kombinatda 50 rayon sakini daimi işlə təmin olunub.
Qeyd olunub ki, istehsal olunan çörək çeşidlərinin pərakəndə satış qiyməti kənardan gətirilən çörək məmulatlarından 5-10 qəpik aşağı qiymətə satılır ki, bu da rayon sakinləri tərəfindən məmnunluq hissi ilə qarşılanır.
İyulun 17-də RİH-nin, o cümlədən “Ada çörək və un məmulatları kombinatı”nın əməkdaşlarının iştirakı ilə növbəti humanitar aksiya keçirilib, kimsəsiz, ehtiyacı olan aztəminatlı ailələrə 3500 ədəd çeşidli çörək və şirniyyat məmulatları paylanılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Çexiya şirkətləri Bakı-Tbilisi-Qars ilə yükdaşımalara maraq göstərir
21.01.2019
Neftin qiyməti bahalaşır
21.01.2019
Azərbaycan Hindistanda keçirilən “Canlı Qucarat 2019” zirvə görüşündə təmsil olunur
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info