Nazir türkiyəli sahibkarları Azərbaycana investisiya yatırmağa çağırıb
Tarix: 18.07.2017 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Türkiyənin gömrük naziri türkiyəli sahibkarları Azərbaycana investisiya yatırmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, iyulun 18-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev və Türkiyə Respublikasının gömrük və ticarət naziri Bülənt Tüfəngçi Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları ilə görüşü keçirilib.
Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib.
Türkiyə Respublikasının gömrük və ticarət naziri Bülənt Tüfəngçi Azərbaycan və Türkiyə xalqları arasındakı tarixi və mədəni birliyin bu gün iki dövlət arasında bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.
Daha sonra iki ölkə arasındakı ticarət dövriyyəsi barədə görüş iştirakçılarına məlumat verən türkiyəli nazir bildirib ki, 2016-cı ildə Türkiyədən Azərbaycana 1,3 milyard dollarlıq ixracat əməliyyatı olub. “2013-2014-cü illərdə bu rəqəm 3 milyard dollar, 2015-ci il də 2,1 milyard dollar təşkil edib, 2016-cı ildə isə 1,3 milyard dollara qədər azalıb. Hər iki ölkə ticarət əlaqələrini böyütməkdə maraqlıdır, bu istiqamətdə birgə əməkdaşlıq edir, böyük ortaq layihələr həyata keçirir. Artıq 2017-ci ildə qarşılıqlı ticarət əlaqələrində artım müşahidə olunur. Azərbaycan və Türkiyə arasında mövcud potensial dəfələrlə çoxdur və bu potensialın həyata keçirilməsi üçün bütün vacib addımlar atılacaq”, - deyə nazir vurğulayıb.
Bülənt Tüfəngçi Azərbaycanın tranzit imkanlarının Türkiyə üçün xüsusi önəm daşıdığını və bu istiqamətdə də mühüm addımlar atıldığını söyləyib. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələrin icrasının artıq yekunlaşmaqda olduğunu və bu layihələrin fəaliyyətə başlamasından sonra Asiya ilə Avropa arasındakı ticarət yolunun tarixi marşrutuna qayıdacağını qeyd edən türkiyəli nazir Türkiyə iş adamlarına Azərbaycana investisiya yatırmağı tövsiyə edib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkə arasındakı bütün sahələrdə səmərəli, işgüzar əlaqələr qurulduğunu, bu əlaqələrin gömrük işi sahəsində də sürətlə inkişaf etdiyini bildirib. Son illər Azərbaycanda aparılan islahatlar hesabına xarici investorlara güzəştlərdən, gömrük sahəsində tətbiq edilən yeni sistem və layihələrdən bəhs edən Aydın Əliyev sahibkarlar üçün ölkədə münbit şərait yaradıldığını diqqətə çatdırıb.
Komitə sədri iki ölkə arasındakı iqtisadi münasibətlərin yalnız ticarət sahəsində deyil, istehsal və emal sahəsində də inkişafının vacibliyinə toxunub və bu məqsədlə Azərbaycanda türkiyəli iş adamları üçün münbit şəraitin mövcud olduğunu qeyd edib. Komitə sədri onu da bildirib ki, Azərbaycanda istehsal edilən hər hansı məhsul MDB bazarına gömrük vergi və rüsumlarından azad şəkildə daxil olur ki, bu da investorların bazar probleminin əhəmiyyətli dərəcədə həllinə kömək göstərir.
Aydın Əliyev son dövrlər bəzi türkiyəli iş adamlarının da gömrük vergi və rüsumlarından yayınmaq məqsədilə idxal etdikləri malların dəyərini aşağı göstərməyə çalışdıqlarını bildirib və onları qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb. “Bəzi hallarda türk sahibkarlar Azərbaycanda mal tədarükü zamanı vergi ödəməkdən yayınmağa çalışırlar. Sabah Türkiyə ilə Saziş imzalanacaq. Bu Saziş imkan verəcək ki, bu cür halların qarşısını rahatlıqla alaq. Biz ölkəmizə investisiya yatırmaq, məhsul idxal etmək istəyənlərə hər cür şərait yaradırıq”, - deyə Aydın Əliyev vurğulayıb.
Görüşün sonunda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info