Filippin Prezidenti müsəlman muxtar regionu yaradılmasını sürətləndirir
Tarix: 18.07.2017 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


Filippin Prezidenti Rodriqo Duterte cənubda yerləşən Mindanao adasında müsəlman muxtar regionunun yaradılmasını sürətləndirmək niyyətindədir. NHK telekanalının yaydığı məlumatda bildirilir ki, ötən əsrin 70-ci illərindən başlayaraq bu adadakı yaraqlılar qrupu azadlıq əldə etmək üçün hökumət qüvvələri ilə mübarizə aparır. Moro İslam Azadlıq Cəbhəsi 2014-cü ildə bu adada muxtar siyasi qurumun yaradılacağına icazə verilməsi barədə hökumətlə razılıq imzalayıb. Burada xüsusi regionun yaradılması barədə qanun layihəsi Prezident Rodriqe Duterteyə təqdim edilib. Sənədi dəstəklədiyini qeyd edən dövlət başçısı onun qəbulunu sürətləndirəcəyini bildirib. Adanın müsəlman əhalisinin dəstəyini qazanmağı qarşısına məqsəd qoyan R.Dutertenin niyyəti Mindanaoda özünü “İslam dövləti” adlandıran qrupun qarşısını almaqdır. Həmin qrupla əlaqəli olan yaraqlılar da cari ilin mayından hökumət qüvvələri ilə mübarizədə yerli əhalinin dəstəyini əldə etməyə çalışırlar. Belə güman olunur ki, sülh prosesinin ləngiməsindən narazı olan Moro İslam Azadlıq Cəbhəsi özünü “İslam dövləti” adlandıran qrupun üzvləri ilə birləşə bilər.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info