“Vahid Avropa ordusunun yaradılması fəlakətdir”
Tarix: 18.07.2017 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Britaniyalı deputat: “NATO-nun mövcud olduğu halda başqa bir vahid Avropa ordusunun yaradılmasına bir lüzum yoxdur. Çünki, son anda bizim yenə də ABŞ və Kanada tərəfindən qurulacaq müdafiə qalxanına ehtiyacımız olacaq”

Britaniyalı millət vəkili – konservator Deniel Koçinski «Brexit” barədə əlavə hər hansı bir danışığı absurd hesab etməklə yanaşı vahid Avropa ordusunun yaradılmasının fəlakətlə sonuclana biləcəyini açıqlayıb. “Hazırda bəzi insanlar mövcuddur ki, onlar “Brexit”in qarşısını almaq üçün çalışırlar, onu “yumşaq” şəkildə keçirməyə cəhd edirlər. Bu prosesi “yumşaq” və ya “sərt” kimi dəyərləndirmək absurddur. İrəlidə böyük döyüş var. Yaxın ay və illərdə Avropa İttifaqından çıxmaq üçün səs verən vətəndaşların iradəsini reallaşdırmaq üçün kritik addımlar atılacaq. Əlbəttə ki, gecikmələr də olacaq. Bu da Avropa İttifaqının Gömrük birliyində, vahid bazar sistemində yaşamaq istəyənlərin müqaviməti ilə qarşılaşacaq. Lakin unutmaq lazım deyil ki, artıq bu, mümkünsüzdür” - deyə Deniel Koçinski bildirib. Qeyd edək ki, ingilis deputat bu fikirləri “RİA Novosti”-yə verdiyi müsahibəsində bildirib. Koçinski bildirib ki, ölkəsi vahid Avropadan imtina edib: “Biz Avropa İttifaqından imtina etmişik və bir daha vahid orduya malik, ümumi xarici siyasəti, ortaq valyutası olan dövlətüstü qurumun tərkibnə qayıtmaq niyyətində deyilik”.

“Avropanın müdafiəsi üçün çox əhəmiyyətli tərəfdaş olan Norveç və Türkiyə kimi dövlətlər var. Britaniya kimi onlar da Avropa İttifaqının tərkibində olmayacaqlar. Avropa İttifaqının tərkibində olmayan bu üç dövlət təşkilatın vahid müdafiə mexanizminin bir hissəsidir”

Xatırladaq ki, ötən ilin yayında keçirilən referendum zamanı ingilislər ölkənin Avropa İttifaqının tərkibindən çıxmasına səs veriblər. Beləliklə, Britaniya 2019-cu ilin martından gec olmayaraq təşkilatı tərk edəcək. Koçinskinin sözlərinə görə, ölkəsinin təşkilatı dərk etməsi kollektiv təhlükəsizlik məsələsindəki roluna o qədər də təsir etməyəcək. Bununla belə o, vahid Avropa ordusunun yaradılmasını da fəlakət kimi dəyərləndirir. O, fikirlərini NATO-nun mövcudluğu ilə əlaqələndirir: “Bizim Rusiya ilə aramızda aydın demarkasiya xətti mövcuddur. Bu xəttin keçilməzliyini aydın şəkildə dərk edirik. Lakin başa düşülməlidir ki, vahid Avropa müdafiə gücünün yaradılması ərazidə böyük qeyri-müəyyənlik və Avropanın zəifləməsinə gətirib çıxaracaq. NATO-nun mövcud olduğu halda başqa bir vahid Avropa ordusunun yaradılmasına bir lüzum yoxdur. Çünki, son anda bizim yenə də ABŞ və Kanada tərəfində qurulacaq müdafiə qalxanına ehtiyacımız olacaq. Əlbəttə ki, Avropanın müdafiəsi üçün çox əhəmiyyətli tərəfdaş olan Norveç və Türkiyə kimi dövlətlər var. Britaniya kimi onlar da Avropa İttifaqının tərkibində olmayacaqlar. Bununla belə, Avropa İttifaqının tərkibində olmayan bu üç dövlət təşkilatın vahid müdafiə mexanizminin bir hissəsi olaraq qalır”. Deputat bildirib ki, Almaniyada bəzilərinin ABŞ və Britaniyaya etibar etməməklə bağlı çağırışları yanlışdır: “Bu, çox səhv və təhlükəlidir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info