“Ukraynanın Donbas və Krım üzərində suverenliyi bərpa olunacaq“
Tarix: 18.07.2017 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin Donbas və Krım üzərində suverenliyi bərpa edəcəyini deyib. “RİA Novosti”nin məlumatına görə, Ukrayna prezidenti bunu separatçı “Donetsk Xalq Respublikası” (DNR) rəhbərinin Malorossiya dövlətinin elan olunması bəyanatına cavab olaraq bildirib. “Novorossiya layihəsi birdəfəlik basdırılıb. Ukrayna Donbass və Krım üzərində suverenliyini bərpa edəcək”, - deyə Poroşenko bildirib. Qeyd edək ki, qondarma “DNR” başçısı Aleksandr Zaxarçenko Ukraynanın cənub-sərgində “Malorossiya” dövlətinin yaradılması təşəbbüsü ilə çıxış edib. O bildirib ki, bununla əlaqədar 3 illik keçid dövrü olmalıdır. “DNR” baş nazirinin müavini Aleksandr Timofeyev isə bildirib ki, “Malorossiya”nın konstitusiyasında heç bir bloka daxil olmamaq statusu, Rusiya ilə əlaqələrin bərpası və Rusiya-Belarus İttifaq Dövlətinə daxil olmaq kursu əksini tapacaq. Dünən qondarma Luqansk separatçıları bəyanat yayaraq Zaxarçenkonun dediklərini təkzib ediblər. Onlar “Malorossiya”nın yaradılması prosesində iştirak etmədiklərini və toplantıya da heç bir nümayəndə göndərmədiklərini bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info