Tarix İnstitutu təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirəcək
Tarix: 19.07.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Prezidentin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin “AMEA-da əqli mülkiyyətin yaradılması, qorunması və istifadəsi prosesinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı ilə əlaqədar AMEA-nın Tarix İnstitutu tərəfindən təkliflər hazırlanıb və institutun Elmi Şurasının iclasında səsləndirilib.
İnstitut direktoru, akademik Yaqub Mahmudovun sədrliyi ilə keçirilən Elmi Şuranın iclasında Türkiyə, Rusiya və digər ölkələrdə olduğu kimi Azərbaycanda da “Tarix” adlı yeni televiziya kanalının açılması, institut nəzdində “Sənədli filmlər studiyası”nın yaradılması təklif olunub və institutun Azərbaycanın təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi qərara alınıb. Tarixçi-alim Vasif Qafarov ermənilərin törətdiyi soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanıb vahid bir rəqəm müəyyənləşdirilməsi ilə bağlı təkliflərini hazırlayaraq Tarix İnstitutunun Elmi Şurasına təqdim edib. Daha sonra iclasda “Azərbaycan mədəniyyət tarixi: inkişafın əsas mərhələləri” adlı toplunun nəşrə hazırlanması istiqamətində müzakirələr aparılıb və bu iş Tarix İnstitutunun “Azərbaycan mədəniyyəti tarixi” şöbəsinin müdiri Tamilla Musayevaya həvalə olunub. Elmi Şuranın qərarı ilə professor Tofiq Mustafazadənin hazırladığı “Azərbaycan tarixi Həştərxan Vilayət Dövlət Arxivinin materiallarında” adlı sənədlər toplusu və tarixçi-alim Nigar Gözəlovanın “XIX əsrin birinci yarısında Böyük Britaniyanın şərq siyasətində Azərbaycanın yeri” monoqrafiyası çapa məsləhət görülüb. Sonda Tarix İnstitutunun rəsmi saytının son durumu geniş müzakirə edilib və onun daha da təkmilləşdirilməsi barədə qərar qəbul edilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info