“Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib”
Tarix: 19.07.2017 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


“Əl-Cəzirə”:
“Ermənistan silahlı qüvvələrinin təmas xəttinə yaxın ərazilərdə yerləşmiş azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəf alması beynəlxalq humanitar hüququn pozulmasıdır”

Səudiyyə Ərəbistanının nüfuzlu qəzetlərindən biri olan “Əl-Cəzirə” qəzetində “Ey Vətən, ürəyimizdəsən!” sərlövhəli məqalə dərc olunub.
Müəllifi Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev olan məqalədə Azərbaycan xalqının sülh və ədalət uğrunda mübarizə apardığı, ölkəmizin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığı, vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıdacağı günü səbirsizliklə gözlədiyi oxucuların diqqətinə çatdırılıb. Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı oxuculara geniş məlumat verib, hərbi təcavüz nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini, bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini qeyd edib. Məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçı dövlətin son günlərdə qoşunların təmas xəttində vəziyyəti gərginləşdirməsi barədə məlumat verilib, ölkəmizin mövqeyini dəstəklədiyinə və Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etdiyinə görə Krallığın xalqına və rəhbərliyinə minnətdarlıq ifadə olunub. Bu addımın Azərbaycan xalqı və rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb, beynəlxalq təşkilatlar çərçivəsində hərbi təcavüzü pisləyən, işğal olunmuş ərazilərin azad edilməsini və qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasını tələb edən sənədlərin qəbulunda Krallığın xüsusi rolu qeyd olunub. Müəllif Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi istiqamətində minaatanlardan və dəzgahlı qumbaratanlardan açılmış atəş nəticəsində kənd sakinləri Allahverdiyeva Sahibənin və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olduqlarını, Quliyeva Sərvinazın isə ağır yaralandığını bildirib. Bu hadisənin təmas xəttinin beş kilometrliyində baş verdiyini, qanlı cinayətin müharibə qaydalarının pozulması ilə törədilən mülki əhalinin qətli aktı olduğunu, hədəfə alınan Alxanlı kəndinin təmas xəttindəki hərbi mövqelərdən uzaq məsafədə yerləşməsinin düşmən qüvvələrinin mülki obyekti məqsədyönlü şəkildə seçməsini sübut etdiyini vurğulayıb. O, Ermənistan silahlı qüvvələrinin təmas xəttinə yaxın ərazilərdə yerləşmiş azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəf almasının beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilməsinin vacibliyini və bu kimi vəhşiliklərə bəraət qazandırmanın mümkün olmadığını qeyd edib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Müxalifətdaxili ziddiyyətlər nə zaman bitəcək?
22.04.2019
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22.04.2019
51 icra məmuru ədliyyə orqanlarından xaric edilib
22.04.2019
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


23.04 08:37
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info