Turist axınına hazır olmalıyıq
Tarix: 19.07.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Bakıda və bölgələrdə yeni hotellərin tikilməsinə böyük ehtiyac var

Ölkəmizdə uğurlu inkişafın nəticəsi olaraq bütün sosial-iqtisadi məsələlər öz həllini tapmaqdadır. Təhlükəsizlik tədbirləri yüksək səviyyədə olan Azərbaycan bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Təsadüfi deyil ki, bu il ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilib. Onların sırasında V Qlobal Forum, IV Mədəniyyətlərarası Dialoq Forumu, IV İslam Həmrəyliyi Oyunları kimi qlobal tədbirlər yer alıb ki, bu da ölkəmizin sabitlik məkanı olmasının göstəricisidir.

Hazırda mövcud şərait və qeyri-neft sektorunun prioritet olması bir çox sahələrin inkişafına təkan verir. Nazirlər Kabinetinin son iclasında çıxışı zamanı ölkə başçısı bir çox sahələrin, o cümlədən turizmin inkişafının prioritet olduğunu vurğuladı: “Bu il turizmin inkişafı da bizi sevindirir. Turistlərin sayı 25 faiz artıb. Əlbəttə ki, bunun səbəbləri bəllidir. Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər, əlbəttə ki, marağı artırır. Xüsusilə o yarışlar arasında mən Formula-1 yarışını qeyd etməliyəm. Bu yarışın auditoriyası dünya miqyasında 500 milyon insandır. Beş yüz milyon insan Bakını, şəhərimizin gözəlliyini görür. Bakıda o yarışlarda iştirak edən idmançılar, nümayəndə heyətinin üzvləri, qonaqlar, əlbəttə ki, qayıdandan sonra xoş təəssüratlarını öz dostları ilə bölüşürlər. Ona görə turist axını daha da böyük olacaq. Biz buna hazır olmalıyıq. Xüsusilə Bakıda və bölgələrdə yeni otellərin tikilməsinə böyük ehtiyac var. Mən sahibkarlara məsləhət görərdim ki, bu sahəyə investisiya qoysunlar. Çünki bu, gəlirli sahədir və yaxşı nəticə verəcək”.

Dünyada turistlərin sayı 6 faiz artıb

İlin ilk dörd ayı ərzində dünyada turist sayı ötən ilə nisbətən 6 faiz artımla 369 milyon nəfər olaraq reallaşıb. Dünya Turizm Təşkilatının (UNWTO) açıqladığı statistik məlumatlara görə ilin ilk dörd ayı ərzində dünyada turistlərin sayı keçən ilin eyni dövrünə görə 21 milyon nəfər artıb. UNWTO bu məlumatlara əsasən may-avqust aylarında da artımın müşahidə olunacağını bildirib.
UNWTO-nun açıqlamasına görə yanvar-aprel ayları ərzində dünyada reallaşan turist sayı illik turist sayının 28 faizini təşkil edib.

Ötən altı ayda Oğuza 5 mindən çox turist gəlib

Ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən Oğuz rayonu Azərbaycanın zəngin turizm potensialına malik bölgələrindəndir. Son illər rayonda müasir turizm infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Oğuz rayonu üzrə nümayəndəsi Ulduz Baxışova bildirib ki, hazırda rayonda 4 turizm istirahət mərkəzi, 6 otel, 20-dən çox ailəvi istirahət mərkəzi fəaliyyət göstərir. Otellərdə bir nəfərin bir günlük qalmaq haqqı 30-40 manat, “AFRA” hotelində isə 40-60 manat arasında dəyişir. Baş Daşağıl kəndindəki “Saf təbiət”, Xalxal kəndindəki “Qreland”, Xaçmaz kəndindəki “Təpə yeri”, Oğuz şəhərindəki “Oğuz” istirahət mərkəzlərində, həmçinin son illər istifadəyə verilən “Farel”, “Qızılağac”, “Qaynama”, “Oğuz eli”, “Palma” və digər ailəvi istirahət mərkəzlərində turistlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Regional idarənin təmsilçisinin dediyinə görə, ötən il Oğuza 15 mindən çox turist gəlib. Cari ilin ötən dövründə isə rayona gələn turistlərin sayı 5 mini ötüb.
Əsrarəngiz təbiəti olan Oğuz rayonu qədim tarixi abidələri ilə də turistlərin diqqətini çəkir. Hazırda rayonda dövlət qeydiyyatına götürülmüş 39 tarix və mədəniyyət abidəsi mövcuddur. Alban məbədləri, sineqoqlar, kurqanlar, Muxas qülləsi, Surxayxan qalası, qədim məscidlər tarixilik baxımından turistlər üçün böyük maraq kəsb edir. Turistlərin abidələrə səyahətini təşkil etmək üçün xüsusi marşrutlar müəyyənləşdirilib. Rayonda kənd yaşıl turizm növü də getdikcə daha geniş yayılmaqdadır.

Şamaxının Tarix-Diyarşünaslıq Muzeyinə gələn turistlərin sayı artır
Əlbəttə, Azərbaycanda turizmin inkişafı üçün həyata keçirilən tədbirlər, görülən işlər bu sahədə böyük potensialı olan Şamaxıya, o cümlədən Tarix-Diyarşünaslıq Muzeyinə gələnlərin sayının getdikcə artmasına səbəb olur. Belə ki, 2015-ci ildə muzeyə 4700 turist gəlmişdisə, 2016-cı ildə onların sayı 5810 nəfərə çatıb. Bu ilin 6 ayında isə muzeyə 3255 turist gəlib ki, onlardan 228 nəfəri xarici ölkələrdəndir. Bu göstərici də ötən yarım ildəkindən çoxdur.

Cənub bölgəsində turistləri daha çox müalicəvi bulaqlar cəlb edir

Yay fəslində ölkəmizin cənub bölgəsində yerli turistlərlə yanaşı, əcnəbi turistlərin də diqqətini çəkən buranın şəfalı bulaqlarıdır. Əsrarəngiz təbiətə malik Masallı rayonunda faydalı minerallarla zəngin onlarla bulaq var. Mütəxəssislər bildirirlər ki, Masallının zəngin minerallarla dolu olan İstisu vannaları bir çox xəstəliyin müalicəsinə müsbət təsir göstərir. Bu istirahət mərkəzlərində revmatizm, oynaq ağrıları və digər xəstəliklərdən əziyyət çəkən insanlar müalicə olunurlar.
İstisu “Fatimeyi-Zəhra” şəfa sanatoriyası Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdəki Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Burada yerin dərin qatlarından 60 dərəcədən də çox isti halda çıxan su xəstəlikləri dava-dərmansız sağaldır. Qədim dövrlərdən bəri yerli sakinlər bu sudan müalicə kimi istifadə edirlər.
Dincəlmək məqsədi ilə Masallıya üz tutan turistlər söhbət zamanı bildirdilər ki, buraya gəlməkdə məqsədləri həm də şəfalı suyun faydasından bəhrələnməkdir.
Turist Reyhan Axundova deyib ki, böyrək, mədə ağrıları onu incitdiyi üçün buranı seçib. İstisuda müalicə keçir, artıq ilkin müsbət nəticələr də var.
Digər turist Asif Fətəliyev isə qeyd edib ki, bu su həm də həzm prosesini asanlaşdırır. Altı gündür ki, burada dincələn Asif artıq mədəsindəki ağrıların azaldığını söyləyir.
Müalicə həkimi Rauf Qurbanov rayondakı müalicəvi bulaqların sağlamlıq baxımından əhəmiyyətini yüksək dəyərləndirərək deyib: “Bu sular şəfa mənbəyidir. Bura bir dəfə gələn şəxs növbəti il yenə təşrif buyurur. Çünki bu suların xeyrini görür. Təkrar müalicəyə gələnlər revmatizm və oynaq ağrılarının azalması ilə yanaşı, payız-qış aylarında virusoloji, qripəbənzər xəstəliklər keçirmədiklərini də deyirlər.”
Rayonun turizm sektorunda çalışanlar bildiriblər ki, bu il mövsüm gec başlasa da, göstərilən xidmətin səviyyəsi və qiymətlərin aşağı olması nəticəsində turist axını hər gün artır. İstirahət mərkəzlərində dincələn turistlərə bölgə mətbəxinin zəngin yeməkləri ilə yanaşı, dünya mətbəxinin də təamları təklif edilir.
İstirahət mərkəzində 4 nəfərlik ailəvi kotteclər 30, 2 nəfərlik VİP kotteclər isə 20 manatdır. Hovuz, masaj, isti su vannaları, saunalar, turistlərin yüksək səviyyədə istirahətini təmin etmək üçün hər cür şərait var. Qeyd edək ki, Masallı rayonunda 31 turizm obyekti fəaliyyət göstərir. Onlardan üçü müalicəvi əhəmiyyətlidir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info