İnternat məzunları üçün aşpazlıq kursları keçirilib
Tarix: 19.07.2017 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


Qaradağ rayonu, Sahil qəsəbəsi, 9 nömrəli xüsusi internat məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin “Etibarlı gələcəyin qurulması üçün birgə fəaliyyət” adlı layihəsi çərçivəsində internat məzunları üçün nəzərdə tutulan aşpazlıq kurslarının bağlanış mərasimi keçirilib. Bu haqda Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirə başlamazdan öncə başda erməni təxribatı nəticəsində iyulun 4-də qətlə yetirilmiş Füzulinin Alıxanlı kənd sakini Sahibə Quliyeva və nəvəsi 2 yaşlı Zəhra Quliyeva olmaqla digər şəhidlərimiz xatırlanaraq ruhları bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri giriş sözü ilə açan Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abbasova layihənin əhəmiyyətindən danışıb: “Üç aylıq kursların əsas məqsədi yeniyetmə və gənclərin peşə vərdişlərinə yiyələnməsi, gələcəkdə bu sahədə uğurlu karyera qurulmasında onlara yardım etməkdir.

Aşpazlıq sahəsinə marağı olan internat məzunlarının, gənc və yeniyetmələrin bu sahədə vərdişlərinin inkişafına töhfə vermək, onların bu peşəyə yiyələnərək müstəqil həyatda uğurlu karyera qurmalarına dəstək olmaq layihənin əsas amallarındandır. Odur ki, internat məzunlarının bu sahədə ixtisaslaşması gələcəkdə onların müstəqil həyata qədəm basmasında mühüm rol oynayacağı şübhəsizdir”.

Layihənin koordinatoru Vüqar Hacıyev bildirib ki, 30 nəfər üçün nəzərdə tutulan layihəyə 50 nəfər gənc müraciət etməsinə baxmayaraq kursun sonunda onların bilikləri test imtahanı vasitəsilə yoxlanılıb: “38 gənc imtahandan uğurla keçib”.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Elgün Səfərov layihənin aktual olduğunu qeyd edib: “İnternat məktəbinin məzunları cəmiyyətin həssas qruplarıdır, onlara xüsusi diqqətlə yanaşaraq karyera qurumlarına yardımçı olmaq lazımdır. Bu baxımdan layihə böyük əhəmiyyətə malikdir. Təmsil etdiyim qurum hər zaman belə məsələlərə xüsusi diqqətlə yanaşır və çalışmalar aparır”.

Daha sonra təlimçi kulinar-aşpaz Məleykə Salahova, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, Balans İqtisadi Maarifləndirmə İctimai Birliyinin könüllüsü Vüsalə Bayramova çıxış ediblər. Bildirilib ki, layihənin davamı olaraq kursu uğurla bitirənlərə iş tapmasına yaxından köməklik göstərilməyə çalışılması təqdirəlayiq haldır.

Sonda layihə iştirakçılarına sertifikat və təşəkkürnamələr təqdim edilib. Həmçinin layihəyə informasiya dəstəyi göstərən KİV nümayəndələri də təltif ediliblər.

Qeyd edək ki, iştirakçılar aşpazlıq kursları müddətində kulinar təlimçi Məleykə Salahovanın rəhbərliyi ilə Azərbaycan və Avropa mətbəxindən müxtəlif yemək və şirniyyatlar hazırlamağı öyrəniblər. Layihə 2017-ci il aprelin 15-dən iyulun 15-dək davam edib.


Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info