Azərbaycanda 300-dək ABŞ şirkəti fəaliyyət göstərir
Tarix: 19.07.2017 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyində ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, vergilər nazirinin müavini İlkin Vəliyev ölkəmizdə mövcud iqtisadi vəziyyət və iqtisadi inkişaf göstəriciləri, vergi sistemində aparılan modernləşmə prosesi, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verib. 
O bildirib ki, Vergilər Nazirliyi ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmi çərçivəsində xarici ölkələrin, o cümlədən ABŞ-ın vergi orqanları ilə əməkdaşlığı genişləndirir.
İ.Vəliyev Amerika Ticarət Palatası ("AmCham") ilə birlikdə vergi konfranslarının təşkil edildiyini qeyd edərək, bu görüşlərin vergi orqanları ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsində müstəsna rol oynadığını diqqətə çatdırıb. Nazir müavini Azərbaycan prezidentinin imzaladığı "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust 2016-cı il tarixli sərəncamına toxunaraq bildirib ki, vergi orqanları qarşısında qoyulmuş vəzifələrin icrası zamanı "AmCham" ilə birlikdə keçirilmiş görüşlərdə səslənən tövsiyələr də nəzərə alınıb. Qeyd edib ki, ABŞ-la əməkdaşlığın davamı olaraq 2015-ci ildən "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) tələblərinin həyata keçirilməsi barədə Saziş" qüvvəyə minib. Bu sazişə əsasən, tərəflərin vergi ödəyicilərinin bank hesabları, həmin hesablara aid əməliyyatlar barədə məlumatların mübadiləsi həyata keçirilir. 
Qonaqlara "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"ndə müəyyən olunmuş hədəflər, onların mahiyyəti, habelə bilavasitə Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı olan istiqamətlər barədə məlumat verilib. Qeyd edilib ki, nazirliyin əsas icraçı olduğu sahələrdən biri əlverişli biznes mühitinin inkişaf etdirilməsi hədəfi üzrə səmərəli vergi sisteminin təşviq edilməsidir. Hazırda Azərbaycanda ABŞ-a məxsus 300-ə yaxın müəssisə və təşkilat fəaliyyət göstərir və investisiya mühitinin daha da əlverişli vəziyyətə çatdırılması bu müəssisələrin sayının artmasına təkan verəcək. 
 
ABŞ Missiya Rəhbərinin müavini Uilyam Gill Azərbaycanın vergi sistemində aparılan islahatların təqdirəlayiq olduğunu bildirib. Strateji yol xəritələrinin uğurlu təşəbbüs olduğunu qeyd edən qonaq vergi güzəştlərinin təyin edilməsi, investisiya mühitinin yaxşılaşdırılması, vergi rejiminin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məsələlərinin doğru hədəflər olduğunu vurğulayıb. Azərbaycanla iqtisadi münasibətlərin uğurla davam etdiyini bildirən U.Gill bu sahədə əməkdaşlığın daha da genişlənməsinə maraqlı olduqlarını diqqətə çatdırıb.
 
Görüşdə nümayəndə heyətinin üzvləri ilə ABŞ şirkətlərinin Azərbaycandakı fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub və bir sıra suallar cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info