Kolleclərə qabiliyyət imtahanları başladı
Tarix: 19.07.2017 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyatdan keçmiş abituriyentlərin qabiliyyət imtahanlarına başlanılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, buraxılış (qəbul) imtahanında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən və elektron qeydiyyatdan keçən abituriyentlər iyulun 19-dan 23-dək qabiliyyət imtahanında iştirak edirlər. Abituriyentlər “qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən çap edib götürə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilib. Qabiliyyət imtahanları DİM-in təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK) tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. YQYK-lar Bakı, Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Bərdə, Göyçay, Şirvan şəhərlərində fəaliyyət göstərir.
Qabiliyyət imtahanlarının nəticəsi “məqbul” və ya “qeyri məqbul”la (5 ballıq şkala üzrə) qiymətləndirilir. Üç və daha yüksək bal (bədən tərbiyəsi və idman ixtisası üzrə 4 bal) “məqbul” qiymət hesab edilir.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digərlərini də seçə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilmə şərtləri barədə “Abituriyent” jurnalının üçüncü nömrəsində ətraflı məlumat əldə etmək olar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Bakcell” “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirinə qoşuldu
26.09.2018
Qızılağac Milli Parkı yaradılır
26.09.2018
“Gömrük islahatları və modernləşdirmə“ mövzusunda təlim davam edir
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info