ADNSU-nun rektoru UFAZ tələbələri ilə görüşüb
Tarix: 19.07.2017 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbindən qayıdan Fransa-Azərbaycan Universitetinin (UFAZ) tələbələri ilə görüşüb. Görüşdə UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, Strasburqdan qayıdan nümayəndə heyəti və tələbələr iştirak edib.
UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov Strasburq Universitetində tələbələrin gördükləri işlər, iştirak etdikləri görüşlər və tədbirlərlə bağlı hesabatla çıxış edib. Sonra UFAZ-ın nümayəndə heyətinin 2 həftə ərzində Strasburq Universitetindəki görüşlərini və fəaliyyətini əks etdirən foto təqdimat nümayiş olunub.
ADNSU-nun rektoru, prof. Mustafa Babanlı Fransanın Strasburq Universitetində təşkil olunmuş yay məktəbində tələbələrin 2 həftə ərzində qazandıqları təəsüratlarla maraqlanıb. Tələbələr gördükləri tədris prosesi və əldə etdikləri biliklər barədə fikirlərini bölüşüb, məlumat veriblər. Rektor, prof. M.Babanlı UFAZ-ın seçilmiş tələbələrinin Azərbaycanı layiqincə təmsil etdiyiklərinə görə məmnun olduğunu qeyd edib.
Sonda rektor prof. M.babanlı tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, UFAZ-ın 40 nəfər tələbəsi iyulun 2-dən 16-dək Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak ediblər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info