“Veysəloğlu” KİV təmsilçilərini mükafatlandırdı
Tarix: 19.07.2017 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Mətbuat Şurası və “Veysəloğlu” şirkətlər qrupunun birgə təşkilatçılığı ilə “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusunda KİV təmsilçiləri üçün yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə hər iki qurumun rəhbərləri, müsabiqə qalibləri, münsiflər heyətinin üzvləri, media nümayəndələri iştirak ediblər.
Mükafatlandırma mərasimini giriş sözü ilə açan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, müsabiqənin məqsədi jurnalistlərin iqtisadi maarifləndirilməsi, onların qeyri-neft sektorunun inkişafında sahibkarlığın rolu, eləcə də ölkənin qida təhlükəsizliyində sahibkarlığın missiyası ilə bağlı məsələləri işıqlandırmalarını stimullaşdırmaqdır. Şura sədri həmçinin belə müsabiqələrin jurnalistlərin müxtəlif sahələr üzrə ixtisaslaşmalarına dəstək baxımından vacibliyini önə çəkib və bu istiqamətdə “Veysəloğlu” şirkətlər qrupunun gördüyü işlərin olduqca yüksək qiymətləndirildiyini qeyd etib. 
“Veysəloğlu” Şirkətlər qrupunun Biznesin İnkişafına Dəstək üzrə baş direktoru İlqar Nuri çıxış çıxışında ilk olaraq media nümayəndələrini salamlayaraq onları peşə bayramları münasibəti ilə təbrik edib, şirkətin təşkilatçılığı ilə keçirilən müsabiqənin iştirakçılarına təşəkkürünü bildirib. 
Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, iqtisadçı-ekspertlər Vüqar Bayramlı və Əli Əhmədov müsabiqənin əhəmiyyətli cəhətlərindən söz açaraq bildiriblər ki, belə təşəbbüslərdə peşəkar jurnalistlərin irəli sürdükləri fikirlər dövlətin mövcud sahədəki siyasətinin daha da optimallaşdırılmasına dəstəkdir. 
Veysəloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov qalibləri təbrik edərək, gələcəkdə bu kimi yazı müsabiqələrinin mütəmadi olaraq keçiriləcəyini vurğulayıb və media nümayəndələrini daha aktiv iştirak etməyə dəvət edib. 
Sonra müsabiqədə qalib gələn və fərqlənən media nümayəndələrinə mükafatlar təqdim olunub.
Qeyd edək ki, müsabiqəyə 2017-ci ilin iyunun 1-dən iyulun 1-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar qəbul edilib. Münsiflər heyəti ümumilikdə 38 KİV-də yayımlanmış eyni sayda yazını nəzərdən keçirib. Bu KİV-lərdən 18-i qəzet, 11-i internet xəbər saytı, 8-i informasiya agentliyi, 1-i jurnaldır. 
Təqdim edilmiş materiallardan biri I yerə (1000 manat), ikisi II yerə (500 manat), üçü III yerə (300 manat), daha 19 yazı müəllifi isə həvəsləndirici mükafata (100 manat) layiq görülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info