Kürdəmir kitabxanasında Amerika guşəsi açılıb
Tarix: 19.07.2017 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta iyulun 19-da Kürdəmirdə rayon mərkəzi kitabxanasında Amerika guşəsinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə guşədə kompüter və digər texniki avadanlıqlarla, kitab və rəsmlərlə tanışlıq olub, kitabxanaya yeni avadanlıq, texnika, lazımi materiallar və kitablar hədiyyə edilib.
Açılış mərasimində çıxış edən səfir guşənin Amerika və Azərbaycan xalqları arasında ünsiyyətin möhkəmləndirilməsində, kompüter biliklərinin mənimsənilməsində, ingilis dilini öyrənmək və təhsil proqramları ilə tanış olmaq imkanlarının qazanılmasında əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, Amerika guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan, Xaçmaz rayon və şəhərlərindəki regional Amerika guşələri də daxildir. Mərkəz və guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumatlar əldə etmək, təhsil və mübadilə proqramları barədə ətraflı bilgilər qazanmaq, habelə yaradıcılıq məkanında yüksək innovativ texnologiya layihələrində iştirak etmək imkanları yaradır. Guşələr, habelə mühazirələr, danışıq klubları hər bir icma nümayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlər də təqdim edir.
Sonra qonaqlar Kürdəmir süd emalı müəssisəsi ilə də tanış olublar.



Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib
21.01.2019
“AZƏRSUN HOLDİNQ”-in kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info