“İlk oyunda “Qəbələ” hazır deyildi“
Tarix: 20.07.2017 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


"Hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı bərabərdir. Ancaq biz doğma azarkeşlərimiz önündə oynayacağıq. Çətin matç olacaq. Lakin öz meydanımızda güclü oluruq. Azarkeşlərin dəstəyinə ehtiyacımız var". Bu sözləri "Yagelloniya"nın futbolçusu Quti Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qəbələ" ilə cavab oyunu öncəsi klubun saytına deyib "Olduqca vacib oyundur. İnanıram ki, tribunalar tam dolu olacaq və yaxşı oyun sərgiləyərək, növbəti mərhələyə vəsiqə qazanacağıq" - deyə o bildirib. 25 yaşlı müdafiəçi onları çox ağır oyun gözlədiyini söyləyib: “Qəbələ” hücum potensialı olduqca yüksək olan komandadır. Azərbaycan klubu möhkəmdir. Buna görə diqqətli olmalıyıq. Taktiki cəhətdən yaxşı iş görməliyik. Qol vurmağımız əla olar. Ancaq ən önəmlisi qol buraxmamaqdır. Çünki qapının toxunulmazlığını qoruya bilsək, üçüncü mərhələyə yüksələcəyik. Meydana çıxıb azarkeşlər üçün mübarizə aparmalı və yaxşı oyunla hədəfə çatmalıyıq". O, qol buraxmamağa çalışacaqlarını deyib: “Bu, bizim üçün xüsusilə vacibdir. Növbəti mərhələyə yüksəlib-yüksəlməmək özümüzdən asılıdır. İlk matçda “Qəbələ”ni təəccübləndirə bildik. Onlar bizim ilk dəqiqələrdən qələbə qazanmaq üçün mübarizə aparacağımızı gözləmirdilər. İlk dəqiqələrdən niyyətimizi ortaya qoyduq. Rəqib hazır deyildi". Qutinin sözlərinə görə, hazırda ancaq "Qəbələ" ilə oyunu düşünürlər: "Bizi başqa heç nə maraqlandırmır. “Qəbələ” səddini keçdikdən sonra “Panatinaikos” haqda düşünmək olar. Bütün diqqətimiz 100 faiz “Qəbələ” ilə cavab matçına yönəlib".




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“Qalatasaray” komandası Çexiya klubunun futbolçusunu heyətinə cəlb edib
18.01.2019
Pentek “Milan”la müqaviləni razılaşdırıb
17.01.2019
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17.01.2019
Kriştianu Ronaldo: “İbrahimoviç mənim paxıllığımı çəkir”
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info