Liviyanın rəhbəri kim olacaq?
Tarix: 20.07.2017 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Liviyadakı vətəndaş müharibəsi radikal dəyişikliklə müşahidə edilməkdədir. Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar ölkənin ikinci paytaxt şəhəri sayılan Benqazinin cihadçılardan tam azad edildiyni elan edib. Bununla bağlı Xəlifə Haftar Qərb siyasətçi və diplomatlar da daxil olmaqla müxtəlif ünvanlardan təbriklər almaqdadır. Bütün bunlarla yanaşı, maraq kəsb edən məsələlərdən biri Liviya Milli Ordusunun bundan sonrakı fəaliyyəti ilə bağlıdır. Görəsən, Xəlifə Haftar özünün prezident ambisiyasını elan edəcəkmi?
Qeyd edək ki, Benqazi Haftarın azad etməyə çalışdığı ilk şəhərdir. Doğrudur, bundan bir müddət əvvəl ölkənin əsas şəhərlərindən olan Kirenaikini nəzarət altına almaq Liviya Milli Ordusuna nəsib olmasa da, hadisələrin sonrakı gedişatının Haftarın tərəfində olduğunu isbatladı. Belə ki, hazırda ölkədəki strateji təşəbbüs Haftarın əlindədir. Təbii ki, burada Frederiko Uerinin «Atlantic» jurnalına «Benqaziyə nəzarət edən, bütün Liviyaya nəzarət edir» etirafı ilə də razılaşmamaq mümkün deyil.
Xatırladaq ki, bu şəhər Qəddafi rejiminə qarşı üsyan edən ilk şəhərlərdən biridir. Məhz 2011-ci illərin əvvələrində Benqazidə təşəkkül tapan «Liviya İslam Döyüş Qrupu» ölkə rəhbərliyinə qarşı ayağa qalxmışdı. Təsadüfi deyil ki, «Müsəlman Qardaşlar»ı, «İŞİD» və «Əl-Qaidə» kimi ekstremist qruplar bu şəhərdə bir araya gəlmişdilər.
O da qeyd edilməlidir ki, Benqazinin geri alınması Haftar ordusuna o qədər də asan başa gəlməyib. Üç illik mübarizə dövründə Liviya Milli Ordusunun 5,5 min üzvü həlak olub. O da etiraf edilməlidir ki, qələbədə xarici müttəfiqlərin də köməyi danılmazdır. BƏƏ BMT-nin embarqosuna baxmayaraq, Haftarı hərbi təyyarə və vertolyotlarla təmin edirdi. Misirin təyyarəçi və xüsusi təyinatlılarının hərbi qarşıdurmada marşal Haftar tərəfində döyüşdüyü barədə məlumatlarla yanaşı, bu ölkəyə göstərdikləri siyasi dəstək barədə də məlumatlar var. Qeyd edək ki, bu hadisələrdə bir müddət əvvəl, marşal Haftar ilə Prezident Şurasının rəhbəri Faiz Saraj arasında olan danışıqların da təşəbbüskarlardan birinin məhz BƏƏ olduğu barədə məlumatlar mövcuddur. Ümumilikdə, Liviyadakı "Şərq" mərkəzi hakimiyyətinin ABŞ administrasiyasının gözündə əlavə xal qazanması, Vaşinqtonun bundan sonra da, ölkədə fəal rol oynayacağından xəbər verir. Təsadüfi deyil ki, «CNN» telekanalının verdiyi məlumata görə, Ağ Evdə Liviyaya münasibətdə yeni bir anlayışın inkişaf etdirilməsi barədə məsələnin müzakirəsi başa çatıb.
Şahidlərin sözlərinə görə, Benqazi şəhəri isə xeyli dağıntılara baxmayaraq, bərpa olunmaqdadır. Şəhər sakinləri Tobrukdakı Nümayəndələr Palatasının da Benqaziyə köçürülməsində israrlıdırlar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info