“Kölndə hər il sərgilərim təşkil olunur”
Tarix: 20.07.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Marqarita Kərimova-Sokolova: “Vətənim daim qəlbimdədir, yaddaşımda mənimlə yaşayır”

Almaniyada yaşayan azərbaycanlı rəssam Marqarita Kərimova-Sokolova ilə müsahibəni təqdim edirik
-Marqarita xanım, öncə sizi tanımaq istərdik.
-Mən Bakı şəhərində anadan olmuşam. Kuban Universitetinin Bədii qrafika fakültəsini bitirmişəm. Təcrübəni isə o vaxt Repina adına Leninqrad Rəssamlar Akademiyasında keçmişəm.
Sovet İttifaqı zamanından bu günə qədər SSSR-nin və bu gün Rəssamlar İttifaqının daimi üzvüyəm. Kölndə isə uzun illərdir müəllimlik edirəm, eyni zamanda öz studiyam da var. Studiyamın adı “Yaradıcılıq”dır. Bundan başqa, Köln şəhərinin Estetik İnkişaf Fondunun vitse-prezidentiyəm və YUNESKO Beynəlxalq Rəssamlar Federasiyasının üzvüyəm.
İllərcə əsərlərim Amerikada, Fransada, Avstriyada, Polşada, Rusiyada, Rumıniyada, İtaliyada və Əlcəzairdə, eləcə də ana vətənim Azərbaycanda nümayiş olunub.
-İnsanın yaşadığı cəmiyyət onun rəssamlıq yaradıcılığına necə təsir edir?
-Müəyyən dərəcədə təsiri var. Hərədə özünəməxsus bu proseslər gedir. Amma rəssamı daha çox öz qarşısına qoyduğu məsələlər narahat edib, təsirini göstərir. Təsir edən ən güclü amil muzeylər, sərgilər, müxtəlif baxışlar-seminarlardır. Burada isə (Kölndə) bu növ tədbirlərin sayı yoxdur.
Daim dəyişən dünyamızda yeni tendensiyaların sayı-hesabı yoxdur. Mən daim bu prosesləri izləyirəm və şəxsən hər şeyi bilmək istərdim.
-Elə bir rəsm əsəriniz vardırmı ki, ona baxanda Azərbaycanı xatırlayasız?
-Mənə doğma Azərbaycanımı yada salmaq üçün hər hansı əsərə baxmam gərəkli deyil. Vətənim daim qəlbimdədir, yaddaşımda mənimlə yaşayır. Amma vaxtilə “Bakı və digər şəhərlər ” silsilə əsərlərini də yaratmışam.
-Ümumiyyətlə, Vətənlə əlaqələriniz hansı formadadır? Diaspor tədbirlərinə qatılırsızmı?
-Azərbaycanla əlaqəm, demək olar ki, daimidir. Vaxtaşırı Bakıda sərgilərimi təşkil edirəm. 2011-ci ildə Dünya Azərbaycanlıların III Qurultayında iştirak etmişəm. Həmin il Azərbaycanın Turizm və Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Bakı Muzey Mərkəzi mənim yubiley sərgimi təşkil etmişdi. Sərginin adı “100 Anlar” idi. Burda, Kölndə də artıq formalaşmış Azərbaycan diasporu var ki, sərgilər təşkil edir, görüşlər keçirilir. Bu da daim hamılıqla izlənilir.
-Almanlar sənətə və sənətkara nə dərəcədə fərq qoyurlar? Yəni qeyri-alman rəssamı olaraq almanların sizə münasibəti necədir?
-İncəsənətə, ələlxüsus rəssamlığa almanların marağı böyükdür. Mən 1995-ci ildə həmişəlik Kölnə köçdüm. Bir müddət ara verdikdən sonra yaradıcılığıma davam etdim.
1998-ci ildə ilk dəfə Almaniyaya, o vaxtlar SSRİ Rəssamlar İttifaqının xətti ilə getmişdim. O vaxtlar məşhur Pyotr Lüdviqin dəvətnaməsi ilə getmişdim. Pyotr Lüdviq son dərəcə məşhur incəsənət kolleksioneri və bir növ “Şokolad kralı” ləqəbini almış Lüdviq Muzeyinin təsisçisi idi. Muzey bu gün də durur və tam Köln Kafedralın yanındadır.
1998-ci ilin sərgisindən sonra mənim bütün nümayiş etdirdiyim əsərlərim alınır. Və o vaxtdan etibarən Kölndə hər il mənim sərgilərim təşkil olunur.
-Qarşıda hansı sərgilərinizi keçirməyi planlaşdırırsınız?
-Planlarım kifayət qədər çoxdur. Amma mənim həyatda bir prinsipim var: ancaq artıq baş tutmuş işlərdən danışmaq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info