“Mətbuatın milli dəyərlərə diqqətli münasibəti bundan sonra da davam edəcək”
Tarix: 20.07.2017 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


“Bu gün Azərbaycan mətbuatı inkişaf yolundadır”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Müasir mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda konfrans keçirilib. Komitənin sədri Hicran Hüseynova Azərbaycan xalqının inkişaf tarixində mətbuatın özünəməxsus yeri olduğunu qeyd edib. “Ötən 25 ildə bütün sahələrdə olduğu kimi medianın da inkişafı göz önündədir. Bu, ölkə başçısının müstəqil mətbuatın formalaşmasına və inkişafına diqqətin, qayğının göstəricisidir. Bu gün yüzlərlə qəzet-jurnal nəşr olunur. Onlar özlərinə geniş oxucu auditoriyası toplayıb və qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib. Hazırda ailə və milli mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər mətbuat orqanlarında geniş işıqlandırılır”.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev isə bildirib ki, Azərbaycan mediası 142 illik zəngin yol keçib. Yarandığı gündən etibarən Azərbaycan cəmiyyətini maraqlandıran, onun mənafeyinə uyğun olan maarifləndirmə işləri aparıldığını deyən Ə. Mehdiyev mətbuatın mədəniyyət və təhsilin inkişafındakı rolunu yüksək qiymətləndirib: “Mətbuat xüsusən cəmiyyət üçün ağrılı problemlərini qaldırılmasında əlindən gələni əsirgəməyib. Azərbaycan mətbuatı hər zaman xalqla bağlı olub, onun inkişafı üçün var gücü ilə çalışıb. Müstəqillik illərində mətbuatın Azərbaycan dövlətinin inkişafında, problemlərinin həllində mühüm rolu olub. Sevindirici haldır ki, 2010-cu ildə Prezidentin təşəbbüsü ilə təməli qoyulmuş bina 2013-cü ildə istifadəyə verildi. Dünən isə növbəti binanın açılış mərasimi keçirildi. Artıq üçüncü binanın təməli qoyulub. Bu, Azərbaycan Prezidentinin mətbuata diqqət və qayğısının bariz nümunəsidir. Sevindirici haldır ki, mətbuat hər zaman ailə məsələlərini, milli dəyərlərin qorunub saxlanılmasını diqqətdə saxlayıb. Mən inanıram ki, bu həssas, peşəkar, diqqətli münasibət bundan sonra da davam edəcək”.
Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva isə Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib, onlara işlərində uğurlar arzulayıb. S. Vəliyeva Azərbaycan mətbuatının formalaşması tarixinə nəzər salıb. “Biz həyatımızı informasiyasız təsəvvür etmədiyimizə görə bu bayram təkcə jurnalistlərin yox, bütün xalqın bayramıdır. Azərbaycan mətbuatı şanlı tarixə malikdir. Biz hər birimiz bu tarixlə fəxr edirik. Bu gün Azərbaycan mətbuatı inkişaf yolundadır. Bu inkişafın daha da sürətlənməsi üçün Azərbaycan dövləti hər bir dəstəyini göstərir. Ölkəmizdə mətbuat azadlığı, söz azadlığı təmin edilib. Bu gün hamımız Azərbaycandakı mətbuat azadlığından məsuliyyətlə istifadə etməliyik”.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli ölkədə mətbuat üçün yaradılan şəraitdən danışıb, dövlət və mətbuat münasibətlərinin, medianın peşəkarlıq səviyyəsinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, ailə və qadın məsələlərinə münasibətdə medianın həssas və məsuliyyətli olmasının vacibliyi qeyd edib.
Konfransda ASAN Radionun dəstəyi ilə ailə, qadın və uşaq məsələlərinin mediada işıqlandırılması ilə bağlı keçirilmiş sorğunun nəticələri təqdim olunub.
Tədbirin sonunda jurnalistlərə diplom və mükafatlar təqdim olunub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Şamaxıda Nəsiminin 650 illiyinə həsr olunmuş elmi sessiya
23.06.2019
Sabah bəzi bölgələrdə 40 dərəcə isti olacaq
23.06.2019
BMT Baş katibinin müavini “ASAN xidmət” mərkəzində olub
23.06.2019
Sabahın hava proqnozu açıqlanıb
22.06.2019
Muxtar respublikada bank sektoru uğurlu nəticələr əldə edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info