Bu il Azərbaycanda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının regional ofisi açılacaq
Tarix: 30.04.2013 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı tövsiyələr BMT Baş katibinin təqdim edəcəyi hesabata daxil ediləcək

Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə BMT tərəfindən aparılan 2015-ci ildən sonrakı inkişaf çərçivəsini formalaşdırmaq üçün önəmli prioritetləri müəyyənləşdirmək məqsədi ilə ölkədə ərzaq təhlükəsizliyi, qidalanma və kənd ərazilərinin inkişafı üzrə milli məsləhətləşmələr keçirilir. Bununla bağlı müxtəlif maraqlı tərəflərin, o cümlədən hökumət, donorlar, beynəlxalq inkişaf partnyorları, universitet, tədqiqatçılar, özəl sektor və QHT-lərin nümayəndələrinin iştirakı ilə tədbir keçirildi.

Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirdi ki, Azərbaycan 2015-ci ildə yekunlaşacaq «Minilliyin inkişaf məqsədləri» planından sonrakı Davamlı İnkişaf Məqsədləri üçün milli dialoqun aparıldığı 100 ölkəyə qoşulub. Müzakirələr milli davamlı inkişafın planlaşdırılması və 2015-ci ildən sonra gələn müddət üçün İnkişaf Məqsədləri üzrə qlobal müəyyənləşdirilməsinə Azərbaycanın mövqeyinin formalaşdırılmasına öz töhfəsini vermək və təsir etməyə kömək edəcək.
Azərbaycan hökuməti minilliyin inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalıb, Azərbaycanda son 5 ildə indiyə qədər görünməmiş iqtisadi artım müşahidə olunub, minilliyin ilk məqsədi olan yoxsulluğun yarıya qədər azaldılması sahəsində ölkədə atılmış ciddi addımlar nəticəsində yoxsulluq səviyyəsi 49%-dən 7%-ə qədər azalıb, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı proqramının uğurla icra edilməsi nəticəsində Azərbaycanda 1 mln.-dan artıq yeni iş yeri açılıb ki, bu iş yerlərinin mütləq əksəriyyəti aqrar sektorda yaranıb. Nazir müavini qeyd etdi ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı ölkənin iqtisadi siyasətinin əsasını təşkil edir və bu səbəbdən ölkə başçısı bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərir. B.Əliyev ölkədə kənd təsərrüfatı sektorunda nailiyyətlərin əldə edilməsində bir sıra beynəlxalq təşkilatların və maliyyə qurumlarının, xüsusilə də FAO ilə yaradılmış sıx əlaqələri diqqətə çatdırdı, FAO tərəfindən Azərbaycana verilən dəstəyin kənd təsərrüfatı sahəsində islahatların aparılması üçün çox vacib olduğunu vurğuladı. O, kənd təsərrüfatı sahəsində əldə edilən nailiyyətlərə baxmayaraq, ölkədə ərzaq təhlükəsizliyinin gücləndirilməsində, ölkə əhalisinin keyfiyyətli və təhlükəsizlik qida məhsulları ilə təmin edilməsində və regionların inkişaf etdirilməsində həll olunmamış məsələlər, problemlərin olduğunu, bu baxımdan milli səviyyədə kənd təsərrüfatında davamlı istehsalın dəstəklənməsinə investisiya qoyuluşunun, bitki və heyvandarlıq məhsullarının artırılması istiqamətində yeni texnologiyaların tətbiqinə, kənd təsərrüfatı sahəsində elmin inkişaf etdirilməsinə, baş verə biləcək ərzaq böhranlarının aradan qaldırılmasına cavab verəcək mexanizmlərin işlənib hazırlanmasına ehtiyac olduğunu vurğuladı.
B.Əliyev bildirdi ki, bu il Azərbaycanda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) regional ofisi açılacaq. Onun sözlərinə görə, bu il iyunun 22-də İtaliyada FAO-nun geniştərkibli bir iclasının keçirilməsi planlaşdırılır. Sözügedən tədbirdə Azərbaycan ilə FAO arasında regional ofisin açılmasına dair müvafiq sənəd imzalanacaq: «Aprelin 18-21-də İtaliyada səfərdə olan Azərbaycanın nümayəndə heyəti FAO-nun baş ofisində olub. Orada FAO-nun əlaqələndirici ofisinin Azərbaycanda açılması ilə bağlı məsələ müzakirə olunub. Artıq əlaqələndirici ofisin Azərbaycanda açılması üçün sənədlər tam hazırdır. Yaxın günlərdə FAO-nun nümayəndə heyəti də Azərbaycana gələcək. Sonuncu dəfə məsləhətləşmələr aparıldıqdan sonra tərəflərə təqdim ediləcək. Bundan sonra ofisin açılması prosesinə başlanacaq». Hazırda FAO-nun dünya üzrə 5 ofisi var ki, 6-cının Azərbaycanda, 7-cinin Qazaxıstanda, 8-ci ofisin isə Rusiyada açılması planlaşdırılır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Təranə Bəşirova bildirdi ki, Azərbaycanda 2015-ci ildən sonra ərzaq təhlükəsizliyi ilə bağlı tövsiyələr BMT Baş katibinin hesabatına daxil ediləcək. Onun sözlərinə görə, FAO təşkilatı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə BMT tərəfindən aparılan 2015-ci ildən sonrakı inkişaf çərçivəsini formalaşdırmaq üçün önəmli prioritetləri müəyyənləşdirmək məqsədi ilə ölkədə ərzaq təhlükəsizliyi, qidalanma və kənd ərazilərinin inkişafı üzrə milli məsləhətləşmələr aparır. Müxtəlif maraqlı tərəflər, o cümlədən dövlət qurumları, QHT-lər, elmi tədqiqat institutları, universitet və özəl sektorun nümayəndələrinin iştirak etdiyi müzakirələrdə ərzaq təhlükəsizliyi, qidalanma və kənd ərazilərinin inkişafı məsələləri üzrə ölkədə əldə edilmiş nailiyyətlər, mövcud problemlərin aradan qaldırılması üzrə müvafiq tövsiyələr hazırlanacaq. Sözügedən tövsiyələr BMT Baş Məclisinin bu ilin sentyabr ayında keçiriləcək 68-ci sessiyasında BMT Baş katibinin təqdim edəcəyi hesabata daxil ediləcək.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info