Azərbaycan dövlətinin mediaya böyük qayğısı
Tarix: 21.07.2017 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


“Jurnalistlər şəhərciyinin ikinci binasının Azərbaycan Prezidentinin iştirakı ilə təntənəli açılışı, günümüzün əlamətdar hadisəsi, onlarla ailənin unudulmaz günü, gənclərin gələcəyə əsaslı inamı, habelə qocaman jurnalistlərə, vəfat eləmiş qələm adamlarının ailələrinə vəfa borcunun parlaq ifadəsidir!”.
Bunu APA-ya açıqlamasında CASCFEN Məclisinin üzvü Əkbər Qoşalı bildirib. Ə. Qoşalı deyib ki, “Jurnalistlər Evi”ndə yaşamağın mənəvi dəyəri, maddi dəyərindən çox yüksəkdir: “Biz, dövlət başçımızın jurnalistlərə qayğısını, mediamızın inkişafını, ölkəmizin ümumi inkişaf strategiyasının üzvi tərkib hissəsi olaraq qəbul edirik. Özü də, yalnız müxbir, redaktor kimi fəaliyyət göstərən vətəndaşlarımızın deyil, o sırada ictimai əlaqələr və mətbuatla işə məsul şəxslərin, media təsərrüfatımızın canlanmasında, söz sənətimizin inkişafında xidmətləri olanların da diqqət və qayğıdan kənarda tutulmaması ayrı bir gözəllikdir, ayrı bir minnətdarlıq səbəbidir! Onu da unutmayaq ki, bu iş davamlı xarakter daşıyır, bu gün mənzil almayan jurnalist, cəmi 3 ildən sonra bu şansı qazanacaq, ondan sonrakı dönəmdə öz çalışmaları ilə seçilənlər də sıradakı “təməl atma”dan öz nəsiblərini alacaq”.
Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı isə bu günün həyatında ən gözəl gün olduğunu söyləyib: “26 il yataqxanalarda, sanatoriyalarda ağır vəziyyətdə yaşadım. Amma mən bu zülmət gecənin bir sabahı olacağına inanırdım. Mən Prezidentə yaxınlaşdım və dedim ki, özümün və balalarımın adından Sizə çox təşəkkür edirəm ki, Xocalıdan olan məcburi köçkün ailəsini sevindirdiniz. Dedi ki, çox yaxşı oldu ki, bu jurnalistlərin arasında bir Xocalı ailəsi də var. Onu da deyim ki, mən həm QHT sədriyəm, həm də 1994-cü ilə qədər hərbi reportyor işləmişəm, Qarabağ müharibəsinin hərb tarixini yazmışam. Tək Azərbaycanda deyil, Macarıstanda, Almaniyada, Hollandiyada, Türkiyədə və digər ölkələrdə Qarabağ, Azərbaycanın ədalətli mövqeyi, Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı çoxsaylı tədbirlər, aksiyalar keçirmişəm. Bu gün də mənə bu mənzili eyni zamanda Qarabağ həqiqətlərini dünyaya çatdırdığım üçün hədiyyə etdilər”.
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev isə deyib ki, həqiqətləri cəmiyyətə çatdıran jurnalistin ev təminatının olması çox mühüm amildir: “Jurnalist ailəsinin ev təminatı ilə bağlı rahat olmalıdır ki, öz fəaliyyətində də yüksək nəticələr əldə etsin. Yəni yaxşı araşdırmalar aparsın, reportajlar hazırlasın, xarici ölkələrdə media nümayəndəsi kimi Azərbaycanı təmsil etsin. Əks halda jurnalistin fikri mənzil-məişət şəraitinin təmin olunmasında, kirayə qayğılarında, kredit götürərək evin kirayəsini ayın əvvəli və sonu ilə uzlaşdırmaqda qalır. Jurnalist bu halda öz işini yüksək keyfiyyətdə görə bilmir. Mən Azərbaycan Prezidentinin jurnalistlərin mənzil təminatı ilə bağlı təşəbbüsünü yüksək dəyərləndirirəm. Mənə də yeni binadan mənzil verilib və mərasimdə iştirak etdim. O mərasimdə böyük bir sevinc gördüm. Sadə insanlar həyatlarında ən böyük hədiyyəni alırdıla. Dövlətin jurnalistlərə bu istiqamətdə yardımı, xüsusən Milli Mətbuat Günü ərəfəsində mənzil hədiyyə etməsi çox yüksək qiymətləndirilməlidir. Təəssüf ki, bəzi media orqanlarında vurğulanır ki, jurnalist müstəqil olmalı, dövlətdən hər hansı asılılığı olmamalıdır, mənzil hədiyyə olunması mənfi hal kimi qiymətləndirilir. Bu, yolverilməzdir, bunu yazanlar dövlətin bu istiqamətdə siyasətindən bixəbər insanlardır. Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, jurnalistlər sosial problem yaşamasınlar və çox rahatlıqla peşəkar fəaliyyətlə məşğul olsunlar. Bu, gələcəkdə jurnalistlərin fəaliyyətinə müdaxilə olacağı demək deyil. Artıq 2013-cü ildə birinci binada mənzillə təmin olunan jurnalistləri görmüşük, onların peşə fəaliyyətinə hər hansı müdaxilə olmadı, hətta bəzi hallarda əvvəllər yazdıqlarından daha tənqidi yazı yazırlar. Bu, bir daha onu göstərir ki, dövlətin bu qayğı siyasətinin məqsədi heç də jurnalisti özünə tabe etmək məqsədi daşımır. Əksinə, bu, jurnalistləri daha da həvəsləndirmək, motivasiya etməkdir. Yəni jurnalistlər cəmiyyətdə olan problemləri zamanında operativ şəkildə cəmiyyətin kateqoriyalarına, o cümlədən dövlət orqanlarının yuxarı eşalonlarına çatdırsın. Prezident də bu gün çıxışında dedi ki, media işçiləri onun köməkçiləridir. Dövlət başçısı çoxsaylı xarici tədbirlərdə olur, ölkədə çoxsaylı tədbirlərdə iştirak edir, ola bilər ki, ölkə daxilindəki müəyyən problemlərdən, qüsurlardan xəbəri olmasın. Bu halda jurnalistlər fəaliyyətə başlamalı, bu problemləri çatdırmalı və bu problemlərin həllində aktiv rol oynamalıdırlar. Dövlətin də istəyi budur. Mənzil təminatı ilə bağlı atılan addımların da əsas qayəsi məhz budur”.
Prezidentin jurnalistlərə xüsusi qayğı göstərdiyini bildirən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli isə bildirib ki, 2002-ci ildən yaratdığı “Hərbi And” qəzeti ölkədə hərbi vətənpərvərliyin təbliği, hərbi və dövlət sirlərinin qorunması, ordu və cəmiyyət əlaqələrindən bəhs edən, ardıcıl çıxan nəşrdir: “Mən həm də 2005-ci ildən ordu-cəmiyyət əlaqələrinin koordinasiya olunması, hərbi-vətənpərvərlik təbliğatının yüksəldilməsi, hərbi və dövlət sirlərinin qorunması ilə bağlı jurnalistlərin Mətbuat Klubuna uzun müddət rəhbərlik etmişəm. Məni bu camiədə tanımayan jurnalist yoxdur. Eyni zamanda 1999-cu ildən gündəlik qəzetlərdə, saytlarda kifayət qədər məqaləm, yazılarım dərc olunur. Bir insanın daxili senzurası olmalıdır ki, namizədlik irəli sürməyə layiqsən, yoxsa yox. Birinci binada mənzillə bağlı namizədliyimi irəli sürmədim, çünki ölkədə məndən öncə kifayət qədər mətbuatda haqqı olan insanlar var. Birinci mənzil bölgüsündə onların böyük qismi mənzillə təmin olundu. Hamımızın həyat şəraitini yaxşılaşdırmaq haqqı olduğu üçün ikinci binada mənzillə bağlı namizədliyim irəli sürüldü. “Hərbi And” qəzeti dəfələrlə müsabiqələrdə yer tutub, dəfələrlə Silahlı Qüvvələrin rəhbərliyi, Daxili Qoşunlar, Sərhəd Qoşunları, Prezident Qvardiyası, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyətimizi yüksək qiymətləndirib. Çoxsaylı fəxri fərmanlar almışam, hər zaman böyük tədbirlərin təşkilatçısı olmuşam”.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Vətəndaş cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlı da deyib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə jurnalistlər üçün tikilmiş ikinci binada ona da mənzil hədiyyə edilib: “Prezident qeyd etdi ki, dövlətin siyasətinin mərkəzində Azərbaycan dövlətinin və vətəndaşların marağı dayanır. Dövlət başçısı dedi ki, jurnalistlər daim dövlətin yanında olur, Azərbaycanın haqq səsini dünyaya yaymaqda ona yardım edirlər. Mən vətəndaş cəmiyyəti strukturlarının təmsilçisi olaraq, vətəndaş cəmiyyətində çalışan bir jurnalist kimi nəşr etdiyimiz jurnal vasitəsi ilə ölkədə vətəndaş cəmiyyətinin möhkəmlənməsinə öz töhfəmi verməyə çalışıram. Artıq 10 ildir jurnalımız hər ay nəşr olunur, vətəndaş cəmiyyəti qurumları arasında yayılır. Biz prezidentə böyük hədiyyə üçün təşəkkür edirik. Bu, şəxsən bizim ailədə böyük bir problemin həllinə rəvac verdi. Biz 3 ailə bir evdə yaşayırdıq. Ailələrimizdən birinin yeni mənzilə köçməsi bizim sosial vəziyyətimizə böyük dəstək olacaq. Bu, bizim daha yaxşı işləməyimizə, dövlətimizin maraqlarını dünyaya daha yaxşı çatdırmağa yardım edəcək”.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info