Tələbələr Daşkəsəndə təcrübə proqramı keçir
Tarix: 21.07.2017 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 10 nəfər tələbəsi "AzerGold" QSC-nin Daşkəsəndə yerləşən filiz emalı sahəsində təcrübəyə başlayıb. Tələbələr 3 həftə ərzində Çovdarda iş prosesinə aktiv formada cəlb olunacaqlar.
QSC-dən AZƏRTAC-a bildiriblər ki, geologiya ixtisası üzrə 4, dağ-mədən mühəndisliyi 4, qeyri-üzvi maddələrin texnologiyası ixtisası üzrə 2 nəfər olmaqla təcrübədə iştirak edən gənclər həm ümumi proseslərdə, həmçinin təhsil aldıqları bölmələrə uyğun işlərdə daha dərindən iştirak edirlər. Tələbələr filiz emalı prosesinin axtarış, planlama, qiymətləndirmə, kəşfiyyat, istismar, partlatma, qırma, topa aşındırma, laborator analizlər, adsorbsiya-desorbsiya, qızıl və gümüş tərkibli xəlitələrin tökülməsi proseslərini əyani surətdə öyrənirlər.
"AzerGold" QSC-nin müxtəlif şöbələrinin rəhbər şəxsləri tələbələrlə görüşür, onlara mühazirələr deyir. Həmçinin cəmiyyətin İdarə Heyətinin üzvü – sədrin müavini Oqtay Məmmədov da Çovdarda təcrübəçilərlə görüşüb şirkətin fəaliyyəti ilə bağlı geniş məlumat verib, gəncləri mədən sənayesinin perspektivləri ilə bağlı məlumatlandırıb.
Tələbələr üçün Çovdar filiz emalı sahəsində qalmaq, qidalanmaq, işləmək və tibbi müayinə üçün hər şərait yaradılıb. Təcrübəçilərə işin hər bir detalı incəliklərinə qədər öyrədilir və gələcəyin peşəkarları yetişdirilir. Təcrübə proqramı mütəmadi davam etməsi və hər ay bir neçə tələbənin təcrübəyə dəvət olunması planlaşdırılıb. Gənclər məzun olduqdan sonra onların bir neçəsi "AzerGold" QSC-yə işə qəbul oluna bilər.
Bu təcrübə proqramı təhsil müəssisəsi ilə cəmiyyət arasında 2017-ci ilin iyul ayında imzalanan əməkdaşlıq memorandumu əsasında həyata keçirilir. İmzalanan razılaşma ilə tərəflər nəzəri və təcrübi əməkdaşlığa başlayıb. ADNSU-nun müəllim və tələbə kollektivi "AzerGold"un istehsalat bazasından istifadə edəcək, kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində universitet nümayəndələrinin tədqiqatlar aparmalarına şərait yaradılacaq.
Cəmiyyət isə universitetin elmi-texniki potensialından faydalanacaq, təhsil müəssəsinin personalı "AzerGold"un istehsal prosesində rastlaşa biləcəyi problemlərin həll edilməsi istiqamətində dəstək göstərəcək. QSC-nin işçi heyəti üçün müvafiq proqramlar üzrə ADNSU-da ixtisasartırma kursları təşkil olunacaq. Cəmiyyətin gələcək ehtiyaclarına uyğun onun sifarişi əsasında ADNSU-da ixtisaslaşmış kadr potensialı hazırlanacaq, məzunların bir qismi "AzerGold"da işlə təmin olunacaq.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info