BMT-nin Türkiyə nümayəndəliyi önündə etiraz mitinqi keçirilib
Tarix: 21.07.2017 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Dünən Türkiyə Azərbaycan Tələbə Birliyi balaca Zəhranın və nənəsinin Ermənistan Ordusu tərəfindən qətlə yetirilməsiylə bağlı Birləşmiş Millətlər Təşkilatının Türkiyə nümayəndəliyi önündə “Zəhra üçün Ədalət”, “Qarabağ üçün Ədalət” adlı etiraz mitinqi keçirib. Mitinqdə Azərbaycanlı tələbələr, alimlər, sadə vətəndaşlar və Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının nümayəndələri iştirak edib.
Mitinqi giriş sözü ilə açan Birliyin mətbuat katibi Söhrab İsmayıl mitinqin keçirilmə səbəbinin Ermənistanın bütün beynəlxalq hüquq normalarını tapdalayaraq, 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğalda saxlaması və atəşkəsi pozaraq dinc Azərbaycan vətəndaşlarını qətlə yetirməsi olduğunu qeyd etdi.
Mitinqin mətbuat açıqlamasını oxuyan Birliyin sədri, Hacettepe Universitetinin doktorantı Elvin Ağayev 4 iyul tarixində Füzuli rayonunun Alxanlı kəndində 16 aylıq Zəhranın və nənəsi Quliyeva Sərvinazın işğalçı Ermənistan Ordusu tərəfindən qətlə yetirildiyini media nümayəndələrinin diqqətinə çatdırmışdır. Dağlıq Qarabağ müharibəsi başlayandan bu yana Zəhranın işğalçı ordu tərəfindən qətlə yetirilən 195-ci uşaq olduğunu deyən Ağayev, bunun Azərbaycan vətəndaşlarına qarşı Ermənistan tərəfindən həyata keçirilən soyqırım siyasətinin bir parçası olduğunu bildirdi. Eyni zamanda Birləşmiş Millətlərin Təhlükəsizlik Şurasının torpaqlarımızın işğalıyla bağlı qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini tələb etdiklərini, bunun yerinə yetirilməsinin BMT-nin öz qərarlarına, beynəlxalq hüquqa və təşkilat olaraq özünə hörmətin göstəricisi olduğu bildirildi.
Çıxış üçün söz alan Azərbaycanlı alim Faiq Ələkbərli münaqişənin tarixindən geniş şəkildə danışdı.
Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetində çalışan Azərbaycanlı alim Toğrul İsmayıl isə çıxışı zamanı beynəlxalq aləmin, beynəlxalq təşkilatların ikili standartlarla problemin həllinə , ədalətə yanaşmasını sərt şəkildə pislədi, tənqid etdi.
Sonda Elnur Xəlilov və Ləman Əsgəri BMT-nin önünə üzərinə “Zəhraya Ədalət, Qarabağa Ədalət” qara çələngi qoydu. Mitinqin mətbuat açıqlaması və BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalıyla bağlı 4 qətnamə BMT-nin rəsmi nümayəndəsinə təqdim edildi.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info