AVCIYA müsabiqə qaliblərini mükafatlandırdı
Tarix: 21.07.2017 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


İyunun 21-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Milli Mətbuat Günü ərəfəsində “Ermənistanın Azərbaycana təcavüzü media gündəmində” mövzusunda keçirdiyi müsabiqəyə yekun vurdu. Müsabiqənin məqsədi Ermənistanın Azərbaycana təcavüzünün tarixi və mövcud durumunu kütləvi informasiya vasitələrində geniş işıqlandırmaqdan, potensial oxucu və tamaşaçı auditoriyasının vətənpərvərlik ruhunu daha da yüksəltməkdən ibarət idi.
Peşəkar münsiflər heyəti 50-dən artıq müəllifin müsabiqəyə göndərdiyi 90-dan çox məqalə, müsahibə, film və süjeti qiymətləndirib. Mükafatlandırma mərasimini açan AVCİYA-nın təmsilçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev qaliblərə AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təbriklərini çatdırdı, diplom və pul mükafatlarını sahiblərinə təqdim etdi. Nəcibə Mustafayeva (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi), Şirməmməd Nəzərli (“Salamnews”) I yerə, Rafiq Oday (Gundelik.info) və Elşad Məmmədli (“Yeni Müsavat”) II yerə, Leyla Məhərrəmova (“Azadinform”), Miri Məcidli (“Femida.az”), İlham Cəmiloğlu (“Modern.az”), Ceyhun Əhmədli (“Femida.az”) III yerə, Elnur Eltürk (“Faktor.az”), Murtəza Bünyadlı (“Gununsesi.info”), Əli Zülfüqaroğlu (“Xalqcebhesi.az”), Asəf Quliyev (“Lent.az”), Vüqar Əsgərov, Fuad Hüseynzadə (“Palitra” qəzeti), Anar Turan (“Xalq qəzeti”) müsabiqənin xüsusi dplomuna layiq görülüblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Kaspersky Lab” Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb
16.11.2018
Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir
16.11.2018
Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info