Cocuq Mərcanlı kəndi telefon və internetlə təmin olunub
Tarix: 21.07.2017 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi telekommunikasiya xidmətləri ilə təmin olunub.
AZƏRTAC xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Cocuq Mərcanlıda Şahəddin Hüseynovun evində olub, ailəyə telefon aparatı, modem, noutbuk hədiyyə ediblər. Ailə telefon və internet abunə haqqından azad edilib.
Məlumat verilib ki, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kəndə 10 kilometr məsafədən optik kabel çəkilib, 64 nömrə tutumlu elektron Avtomat Telefon Stansiyası (ATS), kənd daxilində telefon kabellərin yeraltı çəkilişi üçün kabel-kanalizasiya qurğuları quraşdırılıb, 1200 metrədək məsafədə daxili şəbəkə qurulub. Cocuq Mərcanlıda inşa edilən 50 yeni evin hamısı, həmçinin məktəb telefonlaşdırılıb, internetlə təmin edilib.
“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Suat Paşayev jurnalistlərə müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq yenidən qurulan Cocuq Mərcanlıda əhalinin dayanıqlı və fasiləsiz rabitə xidməti ilə təmin olunması işləri yekunlaşıb. Burada ən son texnologiyalardan istifadə olunub. Hələlik 50 ailə üçün nəzərdə tutulmuş ATS-in tutumu gələcəkdə tikiləcək evlərin sayına uyğun olaraq artırılacaq.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Sabah Azərbaycanda 38 dərəcəyə qədər isti olacaq
16.06.2019
Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb
15.06.2019
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15.06.2019
Birinci vitse-prezident Mehriban Əliyeva: Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir
15.06.2019
“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info