Azərbaycan neftinin Ukrayna zavodlarına tədarük imkanları araşdırılır
Tarix: 30.04.2013 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


“Ukrayna cari ildə ATƏT-ə sədrlik edən ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına böyük diqqət ayırır”.
Bu barədə “Trend”ə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib. "Ukraynanın xarici işlər naziri Leonid Kajara siyasətimizin təqdimatını edərkən vurğulayıb ki, Ukrayna ATƏT ölkələri ərazisində münaqişə məsələlərinə böyük diqqət yetirəcək. Biz münaqişənin həll ediləcəyi məqama hər hansı vasitə ilə yaxınlaşmaq üçün mümkün hər şeyi edirik. Lakin elə formatlar axtarmaq lazımdır ki, işlək olsun" - deyə Mişenko qeyd edib. Səfirin sözlərinə görə, Ukrayna Dağlıq Qrabağ münaqişəsinin nizamlanması məsələsində Minsk qrupuna böyük ümidlər bəsləyir: "Ukrayna hesab edir ki, Minsk qrupunun potensialı heç də tükənməyib və qarşıya qoyulan tapşırıq Minsk qrupu çərçivəsində fəaliyyəti aktivləşdirməkdən ibarətdir. Bu, hazırda irəliləyişi təmin edə biləcək yeganə beynəlxalq formatdır. Ukrayna bu məsələyə, Minsk qrupunun işinin aktivləşdirilməsi və səmərəliliyinin artırılmasına diqqət ayırır". Onun sözlərinə görə, bilavasitə münaqişə tərəfləri arasında dialoqu fəallaşdırmaq yolları öyrənilir. Səfirin sözlərinə görə, bu yaxınlarda ATƏT-in uzunmüddətli münaqişələr üzrə xüsusi nümayəndəsi Andriy Deşitsa Azərbaycan və Ermənistana səfər edib. Bundan başqa, hazırda iki ölkənin xarici işlər nazirlərinin Krakovda görüşünün təşkili məsələsi razılaşdırılır: "Fikrimizcə, Minsk qrupu hərəkət edən mexanizmdir və onun imkanlarından istifadə etmək lazımdır. Bizim xarici işlər nazirimiz qarşıya bu tapşırığı qoyub, o, tərəflərlə mütəmadi əlaqə saxlayır və buna böyük diqqət ayırır". Səfir qeyd edib ki, Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasında Azərbaycan neftinin Ukraynanın neft emalı zavodlarına (NEZ) tədarükü imkanlarını ətraflı nəzərdən keçirəcəklər. Onun sözlərinə görə, siyasi elementlərdən başqa, kommersiya elementləri daha əhəmiyyətlidir, çünki bu həm də kommersiya layihəsidir: "Biz bu məsələ üzrə danışıqlar aparırıq və ekspertlərin işçi qrupunun yaxın vaxtlarda baş tutacağını gözləyirik. Qənaətimcə, bu məsələ təqribən payızda Kiyevdə keçiriləcək iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyanın iclasında ətraflı nəzərdən keçiriləcək".




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info