Azərbaycan iddiaçılar turnirinin keçirilməsinə namizəddir
Tarix: 21.07.2017 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


2018-ci ildə dünya şahmat tacı uğrunda iddiaçılar turnirinin keçirilməsinə Bakı və London, habelə Almaniya şəhərlərindən biri maraq göstərir. Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov məlumat verib. Səkkiz qrossmeysterin iştirakı ilə turnir 2018-ci ilin birinci yarısında keçiriləcək. Hazırkı dünya çempionu Norveç şahmatçısı Maqnus Karlsendir. O, 2016-cı ilin noyabrında Nyu-Yorkda sürətli tay-breykdə 3:1 hesabı ilə rusiyalı Sergey Karyakinə qalib gəlib. Xatırladaq ki, bu şahmatçılar arasında klassik şahmat turniri heç-heçə (6:6) başa çatıb. K.İlyumjinov deyib: “Artıq iddiaçılar turnirinin harada keçiriləcəyi barədə müəyyən ehtimallar var. Hazırda yarışın təşkilinə Böyük Britaniyanın paytaxtı London, habelə Azərbaycan Şahmat Federasiyası maraq göstərir. Axı FIDE tarixində ən yaxşı Ümumdünya Olimpiadalarından biri 2016-cı ildə Bakıda keçirilib. Yarışı Almaniyada keçirmək istəyən sponsorlarla da danışıqlarım olub”. Əvvəlki iddiaçılar turniri 2016-cı ilin martında Moskvada keçirilib. Həmin turnirdə rusiyalı qrossmeyster Sergey Karyakin qalib gəlib.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Ronaldo “Atletiko“ya sataşıb: “Mən Çempionlar Liqasını beş dəfə qazanmışam”
21.02.2019
UEFA Çempionlar Liqası: “Yuventus” “Atletiko Madrid”ə məğlub olub
21.02.2019
“Çelsi“ nin məşqçilik postuna namizədlər
21.02.2019
UEFA Avropa Liqasının ilk səkkizdəbir finalçısı məlum olub
20.02.2019
UEFA Çempionlar Liqası: “Atletiko Madrid” yoxsa, “Yuventus”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info