“Bu qələbə bizim üçün çox vacib idi”
Tarix: 21.07.2017 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


“Panatinaikos” Yunanıstan futbolunun nəhəngi, Avropada tanınan brenddir. Biz iki çətin və çox maraqlı matç oynayacağımızı düşünürəm”
“Qəbələ” futbol klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə Polşanın “Yagelloniya” komandası ilə qarşılaşıb. Belostok şəhər stadionunda keçirilən və Rumıniyadan olan hakimlər briqadasının idarə etdiyi görüş “Qəbələ”nin 2:0 hesablı qalibiyyəti ilə başa çatıb. Baş hakim Konstantin Sebastyan Kolteskunun idarə etdiyi matçın 18-ci dəqiqəsində “Qəbələ” klubu oyunda hesabı açıb. Polşa təmsilçisinin qapısından topu İlqar Qurbanov keçirib. Oyunun ilk hissəsi 1:0 hesabı ilə Azərbaycan təmsilçisinin xeyrinə başa çatıb. Birinci hissənin sonrakı dəqiqələrində hər iki komandanın səylərinə baxmayaraq, hesab dəyişməyib. İkinci hissəyə daha fəal başlayan Polşa komandasının futbolçuları bir neçə real qol imkanları əldə etsələr də, bundan yararlana bilməyiblər. Buna rəqib futbolçuların qeyri-dəqiqliyi, “Qəbələ”nin qapıçısının və müdafiəçilərinin inamlı oyunu mane olub. Nəhayət 89-cu dəqiqədə rəqibini əks-hücumda yaxalayan “Qəbələ” hesab arasındakı fərqi ikiyə çatdırıb. Cavid Hüseynovun məhsuldar ötürməsindən sonra Filip Ozobiç fərqlənib. Matçın qalan dəqiqələrində qapılara top vurulmayıb və görüş bu hesabla yekunlaşıb – 2:0. Bakıdakı ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığından və Roman Qriqorçukun yetirmələri səfərdə rəqibini 2:0 hesabı ilə məğlub etdiyindən ümumi nəticədə komandamız növbəti mərhələyə adlayıb. Roman Qriqorçukun baş məşqçisi olduğu komanda Avroliqanın üçüncü təsnifat mərhələsində Yunanıstanın "Panatinaikos" kollektivi ilə üz-üzə gələcək. Bu mərhələnin ilk oyunu iyulun 27-də Yunanıstanda, cavab matçı avqustun 3-də Bakıda olacaq. Bakının “Zirə” futbol klubu is’ UEFA Avropa Liqası yarışlarında mübarizəni dayandırıb. “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk oyundan sonra bunları deyib: “Qalib gəldiyimiz üçün çox sevinirik. Çünki bu, adi qələbə qazanıb, mərhələ keçmək deyil. Biz bunu komandadakı hazırkı çox çətin vəziyyətdə bacardıq. Çətinlik ondadır ki, komandanın heyəti yeni formalaşıb və onu qurmağa vaxtımız az olub”. Baş məşqçi deyib ki, komandanın çətin vəziyyətində sərfəli nəticə qazandığı üçün futbolçularla fəxr edir: “Bu qələbə bizim üçün çox vacib idi. Növbəti matçda komandamız daha güclü olacaq. Biz ilk oyunla müqayisədə daha yaxşı təsir bağışladıq. Komandanın daha yaxşı oynamaq potensialı var. Biz yenilənmiş “Panatinaikos” komandası ilə qarşılaşacağıq. İki il əvvəl oynadığımız komandanın heyətindən yalnız iki-üç futbolçu kollektivdə qalıb. Bu komanda zəif ola bilməz. “Panatinaikos” Yunanıstan futbolunun nəhəngi, Avropada tanınan brenddir. Biz iki çətin və çox maraqlı matç oynayacağımızı düşünürəm”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info