Avstraliyada təhlükəsizlik üzrə yeni nazirlik yaradılır
Tarix: 21.07.2017 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Avstraliyanın Baş naziri Malkolm Ternbull təhlükəsizlik məsələləri ilə məşğul olacaq yeni Daxili İşlər Nazirliyinin yaradılması barədə qərar qəbul edildiyini bildirib. Baş nazir deyib: “Dəyişikliklər mərhələlərlə həyata keçiriləcək və yeni nazirliyin yaradılması gələn ilin birinci yarısında başa çatdırılacaq”. Malkolm Ternbull əlavə edib ki, yeni nazirliyin yaradılması işini immiqrasiya və sərhəd mühafizəsi naziri Piter Dattona həvalə edib. Yeni yaradılacaq Daxili İşlər Nazirliyinin tərkibinə Miqrasiya və Sərhəd Nəzarəti Xidməti, Federal Polis, Təhlükəsizlik və Kəşfiyyat Xidməti, Maliyyə Kəşfiyyatı üzrə Milli Xidmət, digər hüquq-mühafizə və xüsusi xidmət orqanları daxil ediləcək. Baş nazir bildirib ki, bu qurumların hamısı öz strukturunu saxlayacaq və nazir onların fəaliyyətini əlaqələndirmə funksiyasını yerinə yetirəcək. Qərarın qəbulunu şərh edən Baş nazir deyib: “İslahatlar bizim sistemin sıradan çıxmasına görə aparılmır və bu, heç də belə deyil. Bunu təhlükəsizlik sahəsində sürətlə dəyişən reallıqlar tələb edir. Müasir çağırışlara daha uğurlu cavab vermək üçün səmərəli strukturlara ehtiyac var”.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info