“Moldova Dnestryanı münaqişəsinin həlli üçün kompromisə getməyə hazırdır”
Tarix: 22.07.2017 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


İqor Dodon məsələnin güc yolu ilə həllini istisna edir: “Münaqişəsinin güc yolu ilə həlli Moldova dövlətçiliyinin itirilməsi deməkdir”

Son günlər Dnestryanı münaqişənin həlli ilə bağlı müxtəlif söhbətlər dolaşmağa başlayıb. İstər siyasi dairələr, istərsə də mətbuatda Dnestryanı münaqişənin həlli ilə bağlı müxtəlif variantlar gündəmə gətirilir. Bəzi dairələr Dnestryanı məsələsinin güc yolu ilə həllinin vacib olduğunu daha ucadan səsləndirməyə başlayıb.

“Dnestryanı münaqişəsinin güc yolu ilə həlli Moldova dövlətçiliyinin itirilməsi deməkdir. Dnestryanı bölgə nə müstəqil olacaq, nə də Rusiya Federasiyasının subyekti. Amma vahid dövlətin tərkibində birləşmək – federativ qaydada ola bilər. Biz hamını razı salan formul tapa bilərik”

Moldova dövlət başçısı İqor Dodon məsələyə münasibət bildirmək məcburiyyətində qalıb. Dodon bəyan edib ki, Dnestryanı məsələsinin güc yolu ilə həlli variantına qətiyyətlə qarşıdır. Dodon bildirib ki, Moldova Dnestryanı münaqişəsinin həlli, ölkənin bütövlüyü üçün kompromisə getməyə hazırdır. “Dnestryanı üçün güc yolu olmamalıdır. Mən hesab edirəm ki, problemi ancaq danışıqlar yolu ilə həll etmək lazımdır. Bizlər isə bir-birimizə doğru addım atmalıyıq. Doğrudur, bizdə “qaynar başlar” var, amma onlar çox deyil. Ola bilər ki, Qərbdən kimlərsə onları qızışdırır ki, burada daha bir “qaynar nöqtə” yaransın. Mən həmişə belə yanaşmanın qəti əleyhinə olmuşam, bundan sonra da olacağam”- deyə Dodon “İzvestiya” nəşrinə müsahibəsində bəyan edib. İqor Dodon bildirib ki, Dnestryanı münaqişəsinin güc yolu ilə həlli Moldova dövlətçiliyinin itirilməsi deməkdir: “Biz başqa ölkələrdə bunun nə ilə nəticələndiyini gördük. Biz ölkəmizin bütövlüyünü bərpa etmək üçün kompromisə getməyə hazırıq. Bunun bizim həm Qərbdə, həm də Şərqdə olan müttəfiqlərimiz dəstəkləyir”. Əhalisinin 60 faizini ruslar və ukraynalılar təşkil edən bölgə 1992-ci ildən rəsmi Kişinyov tərəfindən nəzarət edilməyən ərazidir. Orada separatçı rejim fəaliyyət göstərir. İqor Dodon hakimiyyətə gələndən sonra bu məsələnin həlli ilə bağlı Moskva ilə danışıqlar aparır. Rusiya ilə yaxın münasibətləri olan Dodon kompromisə açıq olduğunu bildirməklə Rusiyanın maraqlarını təmin etməkdən çəkinmir. Doğrudur, ölkə daxilində, xüsusilə parlament və hökumətdə ona qarşı olan çoxlu qüvvələr var. Amma Dodon hesab edir ki, Dnestryanı məsələsinin həli üçün Rusiya ilə münasibətlərin normalaşması vacibdir. Uzun müddətli fasilədən sonra məhz Dodon Moldova dövlət başçısı kimi Dnestryanı bölgənin rəhbəri ilə görüşüb. Dodon hesab edir ki, Dnetsryanı bölgəyə heç bir halda müstəqillik verilməyəcək. Amma məsələnin həlli üçün müəyyən məsələlərdə güzəştlər olmalıdır. Dodon dəfələrlə bəyan edib ki, Moldovanın Dnestraynı bölgə olmadan gələcəyi olmadığı kimi, Dnestryanı bölgənin də Moldovasız gələcəyi yoxdur: “Dnestryanı bölgə nə müstəqil olacaq, nə də Rusiya Federasiyasının subyekti. Amma vahid dövlətin tərkibində birləşmək – federativ qaydada ola bilər. Biz hamını razı salan formul tapa bilərik”. Dodon bildirib ki, məsələnin həllini istəməyən qüvvələr var: “Həmin qüvvələr üçün Dnestryanı sakinlərinin taleyi önəmli deyil. Amma mən əminəm ki, bölgə sakinlərinin əksəriyyəti sağ sahildə olmaq, xaricdə təhsil almaq, məhsullarını xaricə satmaq istəyir. Mən iqtisadiyyat üzrə nümayəndələrdə danışıqlar aparıram. Situasiya həllə yaxındır. Amma məsələ həllə yaxınlaşan kimi kimsə ekspromt olaraq ortaya çıxır, ya da provokasiya törədir».
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info