“Jurnalistin evinin olması, onun əsas sosial probleminin həlli deməkdir”
Tarix: 22.07.2017 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Fərəh Sabirqızı:
“Mən və həyat yoldaşım 20 ildən artıqdır ki, mətbuat sahəsində çalışırıq. Bizim də adımızın ev alanların siyahısında olmasını fəaliyyətimizə verilən ən yüksək dəyər kimi qəbul edirik”

Bu günlərdə ölkə başçısının iştirakı ilə jurnalistlər üçün tikilmiş növbəti binanın açılışı oldu. Milli Mətbuat Günü ərəfəsində bu mənzillərin paylanması, ilk növbədə yeni mənzil alan jurnalistlərin, onların ailə üzvlərinin bayram sevincini daha da artırdı. Bu bir daha onu göstərdi ki, ölkədə jurnalistikanın inkişafına qayğı və dəstək var. Prezident İlham Əliyevin atdığı humanist addım əslində, bütün dünya ictimaiyyətində ölkəmizdəki dinamik yüksəlişdə olan siyasi mədəniyyətin, prezident-vətəndaş münasibətlərindəki sağlam elementlərin mövcudluğunu nümayiş etdirdi. Bununla bərabər, Prezident İlham Əliyev “hər bir jurnalist mənim köməkçimdir” ifadəsi ilə KİV-ə güvəndiyinə və medianın ümumi gücü ilə cəmiyyətdəki problemlərin üzə çıxarılmasının vacibliyinə işarə etdi. Buradakı vətəndaş bərabərliyi Azərbaycan dövlətinin mahiyyətinin əhəmiyyətli göstəricilərindəndir.
Mərhum jurnalistlər Əli Bayramov, Mahir Nəbili və Adil Baxışovun (Mirseyid) ailələrinin, o cümlədən veteran jurnalistlərdən Telli Pənahqızı, İntiqam Mehdiyev və Svetlana Əliyarovanın, həmçinin bir neçə gənc jurnalist ailənin də yeni mənzillərin sakini olması yalnız bu ailələrə yox, onları tanıyan, sevən oxucu və tamaşaçılar üçün də sevindiricidir. Eyni zamanda bu, seçimin demokratik olduğunun göstəricisidir. Azərbaycan tarixində ilk dəfədir ki, bu qədər çox sayda jurnalist bir şəhərcikdə yaşamaq imkanı əldə edir.
Bu bayram ərəfəsində, Prezident İlham Əliyev 2017-ci il iyulun 19-da “Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında” sərəncamlar imzalayıb. Hər iki sərəncam ümumilikdə Azərbaycan KİV-in inkişafına və media mənsublarının həyat səviyyəsinin yüksəlməsinə növbəti böyük töhfədir.
Bütün bunlar bir daha dövlətin KİV nümayəndələrinə olan qayğı və diqqəti təcəssüm etdirir. Elə bu günlərdə yeni binada mənzil alan jurnalistlər də dövlətimizin bu qayğı və diqqətindən razılıqlarını bildirirlər. Onlardan biri də CBC televiziyasının əməkdaşı Fərəh Sabirqızıdır. O öz sevincini bizimlə bölüşdü: “Bu il jurnalistlər binasında ev alanlar arasında bizim də adımız oldu. Mən və həyat yoldaşım Məğrur Əliyev hər birimiz 20 ildən artıqdır ki, mətbuat sahəsində çalışırıq. Jurnalist fəaliyyətimizdə daim dövlətçilik və milli maraqların öndə olmasına diqqət etmişik. Jurnalistin evinin olması, onun əsas sosial probleminin həlli deməkdir. Məişət qayğıları ilə əhatə olmayan KİV nümayəndəsi təbii, daha effektiv işləyəcək, öz missiyasını daha uğurla həyata keçirəcək. Tam səmimi deyim ki, bizim də adımızın ev alanların siyahısında olmasını fəaliyyətimizə verilən ən yüksək dəyər kimi qəbul edirik. Öz adımdan və ailəmiz adından bu qiymətə layiq bildikləri üçün dövlətimizə, jurnalistlərin mənzil şəraitinin yaxşılaşması təşəbbüsünü dəstəkləyib reallaşdıran cənab Prezidentə və prosesin şəffaf, obyektiv keçirilməsini təmin edən bütün şəxslərə təşəkkür edirik”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info