“Prezidentlərin Soçi görüşü Azərbaycanın bölgədəki nüfuzunu bir daha göstərdi”
Tarix: 24.07.2017 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Prezident İlham Əliyev ilə Prezident Vladimir Putinin Soçidə keçirilən görüşündə bu mövqe bir daha nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşünü şərh edərkən deyib.
“Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri böyük əhəmiyyət kəsb edir. Dövlətlərimiz və xalqlarımız arasında münasibətlər tarixi köklərə malikdir. Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələr ardıcıl olaraq inkişaf edir”, - deyə S.Fətəliyeva bildirib.
Soçidə prezidentlərin görüşü zamanı bir sıra vacib məsələlərin, o cümlədən regiondakı vəziyyətin geniş müzakirə olunduğunu deyən Milli Məclisin deputatı vurğulayıb ki, Prezident Vladimir Putinin dövlətimizin başçısı İlham Əliyevlə regiondakı problemlərin həlli yollarını müzakirə etməsi Azərbaycanın bölgədəki nüfuzunu bir daha göstərir. Görüşdə, həmçinin ikitərəfli münasibətlərin daha da genişləndirilməsi müzakirə olunub. Bu amil onu təsdiqləyir ki, Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir. Dövlətimizin başçısının Rusiyaya səfəri və səfər zamanı prezidentlər arasında keçirilən görüş bunun bariz nümunəsidir.
“Hesab edirəm ki, Soçi görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllində səylərini daha da artıracaq. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisi və onun təsiri altında olan bəzi ermənipərəst, anti-Azərbaycan dairələri narahat edir, bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq belə cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Makron: “Hindistan və Pakistan problemi qarşılıqlı şəkildə həll etməlidirlər“
23.08.2019
“Biz silah yarışına girmək istəmirik, amma...“
23.08.2019
“Təhsilhaqqını ödəyə bilməyənlərlə bağlı xeyriyyə kampaniyası alqışlanası addımdır”
22.08.2019
Bu qüvvələrin məqsədi Azərbaycanın imicinə xələl gətirməkdir
22.08.2019
“Allahşükür Paşazadə Azərbaycandakı tolerant mühiti beynəlxalq aləmdə tanıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info