Yüksək Texnologiyalar Parkı mühüm əməkdaşlıq platformasına çevriləcək
Tarix: 24.07.2017 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Azərbaycanın uzunmüddətli inkişaf konsepsiyasının mühüm hədəflərindən biri respublikamızda biliklər cəmiyyətinin qurulmasıdır. Bunun üçün ən mühüm faktor sosial tərəqqi modeli kimi “elm-təhsil-istehsalat qızıl üçbucağı”nın yaranmasına nail olmaqdır. Bu isə elm və təhsilin tədris prosesində, texnoparklarda, elmi-tədqiqat laboratoriyalarında birgə iştirakı, həmçinin kadr potensialının və maddi-texniki bazanın imkanlarının məqsədyönlü əlaqələndirilməsini tələb edir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ötən ilin dekabrında keçirilən ümumi yığıncağının və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasının nəticələri bunu bir daha təsdiqləyir. Sessiyada səslənən fikirləri və irəli sürülən təklifləri nəzərə alaraq, elm və təhsilin inteqrasiyası üzrə birgə Fəaliyyət Planı qəbul olunub. Sənədin mühüm bəndlərindən biri AMEA-nın Yüksək Texnologiyalar Parkının fəaliyyət profili üzrə elmi tədqiqat və təcrübə-konstruktor imkanlarının ali təhsil müəssisələri ilə əməkdaşlıq platformasına çevrilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsidir.
AZƏRTAC xəbər verir ki, iyulun 24-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov və digər rəhbər vəzifəli şəxslər Yüksək Texnologiyalar Parkında olublar. Tədbir burada yaradılmış Texnologiyaların və İnnovasiya Məhsullarının Transferi Mərkəzi, o cümlədən parkın potensial rezidentlərinin fəaliyyəti ilə tanış olmaq məqsədilə təşkil edilib.
Əvvəlcə tədbir iştirakçıları AMEA-nın Təcrübə-Sənaye Zavodunun və “Millers-Oils Azərbaycan” MMC-nin yağ istehsal sahələrinə və hazır məhsul anbarlarına baxıblar. Sonra pilotsuz uçan aparatların istehsal sahələri, parkın mərkəzləşdirilmiş analitik laboratoriyası, o cümlədən radio ekoloji monitorinq sisteminə baxış keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat və magistrantlarından ibarət qrupların yaradılaraq Yüksək Texnologiyalar Parkında perspektiv layihələrə cəlb edilməsi tədbir iştirakçılarının maraq və rəğbətinə səbəb olub.
Tədbirdə ölkəmizdə elm və təhsil sahəsinə cavabdeh iki qurumun – AMEA və Təhsil Nazirliyinin gələcəkdə də birgə əməkdaşlığının vacibliyi vurğulanıb. Bildirilib ki, elm və təhsil müəssisələri üçün mühüm əməkdaşlıq platforması kimi Yüksək Texnologiyalar Parkının imkanlarından geniş istifadə etmək məqsədilə layihələr həyata keçiriləcək. AMEA ilə BMU arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən yaxın vaxtlarda Biznes İnkubasiya Mərkəzinin açılışı gözlənilir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil
22.02.2019
MŞ sədri bölgə qəzetinin 95 illik yubileyi ilə bağlı mərasimdə iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info