Avropa Məhkəməsi Yuliya Timoşenko barədə qərar çıxarıb
Tarix: 30.04.2013 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Avropa İnsan Haqları Məhkəməsi Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun həbsini qanunsuz sayır. Məhkəmə bununla bağlı müvafiq qərar çıxarıb. Timoşenko 2011-ci ilin avqustunda Rusiya ilə qaz müqavilələrinin imzalanması zamanı səlahiyyətlərini aşmaqda ittiham olunaraq həbs edilib.
Onu məhkəmə iclaslarında intizam qaydalarını mütəmadi olaraq pozması səbəbilə nəzarət altına götürüblər. Elə həmin ay məhkəmənin qərarından AİHM-ə şikayət ərizəsi göndərilib. Sabiq baş nazir hakimin çıxardığı qərarın siyasi motiv daşıdığını iddia edir. O həmçinin işgəncələrə məruz qaldığını, beş ay saxlandığı müvəqqəti istintaq təcridxanasında ona tibbi yardımın göstərilmədiyini bildirib. Şikayəti araşdıran Avropa İnsan Haqları Məhkəməsi Timoşenkoya münasibətdə İnsan Haqları üzrə Avropa Konvensiyasının bir neçə müddəasının pozulması qənaətinə gəlib. AİHM Timoşenkonun məhkəmə qərarından şikayət vermək hüququndan məhrum edildiyini düşünür. Bundan başqa bildirilir ki, sabiq baş nazir hüquq pozuntularına yol verdiyinə görə deyil, başqa səbəblərdən həbs olunub. Məhkəmə Timoşenkonun işgəncələrə məruz qalmasına dair iddialarını isə qəbul etməyib. Xatırladaq ki, bu qərarın Yuliya Timoşenkonun ədalətli məhkəmə hüququ ilə bağlı iddia ərizəsinə aidiyyəti yoxdur. Bununla bağlı iddia ərizəsi Yuliya Timoşenko yeddi il müddətinə azadlıqdan məhrum edildikdən sonra AİHM-ə göndərilib. Bu iş üzrə şikayətin bir müddət sonra araşdırılacağı gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Ermənistanda hər gün cinayətkarlıq artır
23.01.2019
Türkiyə Prezidenti Rusiyada səfərdədir
23.01.2019
Qazaxıstan Respublikasının adı dəyişir
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Əli Abdalov Mehman Hüseynovla barışıb
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info