Maduro müxalifəti “paralel dövlət” yaratmaqda ittiham edir
Tarix: 24.07.2017 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Venesuela Prezidenti Nikolas Maduro yuxarı məhkəmə instansiyasının qərarının əleyhinə olaraq parlamentin təyin etdiyi Ali məhkəmənin bütün üzvlərinin həbs ediləcəyini bildirib və müxalifəti “paralel dövlət” yaratmaqda təqsirləndirib. “Euronews” telekanalı xəbər verir ki, Maduro, həmçinin ölkə daxilində və xaricdə etirazlara baxmayaraq, Konstitusiya Assambleyasına seçkilərin keçiriləcəyini təsdiqləyib. Müxalifət nümayəndələri seçkilər əleyhinə kütləvi aksiyalar təşkil olunacağını, həftənin ortalarında 48 saatlıq tətilə başlayacaqlarını bildiriblər. Ölkədə etirazların baş qaldırdığı vaxtdan indiyədək azı 100 nəfər həlak olub, 1500 nəfər yaralanıb, 1000-dək nümayişçi həbs edilib. Konstitusiya Assambleyasına seçkilər iyulun 30-da keçirilməlidir. Bir qədər əvvəl Maduro onun bu mövqeyini tənqid edən Avropa İttifaqının nümayəndəsi Federiko Moqereniyə sərt cavab verib. Prezident deyib ki, “Venesuela müstəqil və suveren dövlətdir, biz heç kəsin daxili işlərimizə qarışmasına yol verməyəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info