“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib tərəfdaşdır”
Tarix: 24.07.2017 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Peter Siyatro: “Macarıstanın Azərbaycandan nəql edilən qazın idxal edilməsində maraqlıdır”

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir Elmar Məmmədyarov 2017-ci ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğunu deyərək, xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri olduğunu bildirib. Elmar Məmmədyarov bu səfərin Azərbaycan Prezidentinin qarşıdan gələn aylarda Macarıstana səfəri, həmçinin Birgə İqtisadi Komissiyanın növbəti VII iclasının keçirilməsinə hazırlıq məqsədi daşıdığını qeyd edib. O, Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli əməkdaşlığın inkişafı üçün münbit zəmin yaratdığını bildirərək, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu vurğulayıb, xüsusilə nəqliyyat, kənd təsərrüfatı, sənaye, təhsil, mədəniyyət və əczaçılıq sahələrini qeyd edib.

“Macarıstan şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir və Qərbi Avropadan olan tərəfdaşlar Azərbaycan bazarı uğrunda rəqabət aparırlar”

Azərbaycanın enerji sahəsində Avropanın etibarlı tərəfdaş olduğunu deyən nazir Elmar Məmmədyarov bu xüsusda TANAP və TAP layihələrinin plana uyğun həyata keçirildiyini bildirib. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri haqqında məlumat verən nazir Elmar Məmmədyarov Macarıstan şirkətlərinin də bu dəhlizlərin yaradacağı imkanlardan faydalana biləcəyini deyib. Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin hazırkı statusu barəsində həmkarını məlumatlandırıb və münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. Həmçinin regional sülhə və təhlükəsizliyə ciddi təhdid olan bu münaqişənin həlli üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. Elmar Məmmədyarov Macarıstanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirib. Peter Siyatro Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək, bu əməkdaşlıq ruhunun beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə qarşılıqlı səsvermə ənənəsi şəklində davam etdirilməsinin vacibliyini qeyd etdi. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın vacib tərəfdaş olduğunu deyən Peter Siyatro Macarıstanın Azərbaycandan nəql edilən qazın idxal edilməsində maraqlı olduğunu bildirdi. O, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqında sazişin Macarıstan hökuməti tərəfindən tam dəstəkləndiyini diqqətə çatdırıb. Macarıstan şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və Qərbi Avropadan olan tərəfdaşların Azərbaycan bazarı uğrunda rəqabət apardığını qeyd edən Peter Siyarto xüsusilə əczaçılıq sahəsinə toxunub. O, Macarıstan hökumətinin Azərbaycandan olan tələbələrin Macarıstanın ali təhsil müəssisələrində təhsil alması üçün 200 nəfərlik kvota ayırdığı barədə məlumat verib. Görüşdə ikitərəfli münasibətlərin digər aspektləri, hüquq-müqavilə bazasının genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində geniş fikir mübadiləsi aparılıb. Görüşdən sonra nazirlərin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Çavuşoğlu: “Türkiyə və Azərbaycanın münasibətləri daha da möhkəmlənəcək”
18.06.2019
BMT: ”Gələcəkdə Ermənistanın əhalisi 1 milyon nəfər azalacaq”
17.06.2019
Ekrem İmamoğlu`nun inkar ettiği FETÖ ile ilişkisi belgelerle ortada! - FOTO
17.06.2019
Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir
17.06.2019
Latviyanın bütün ali məktəblərində tədris latış dilində olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info