“Ermənistan tərəfi cəbhə xəttində mütəmadi təxribatlar törədir”
Tarix: 25.07.2017 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli çox uzanır, Azərbaycan xalqının səbri isə tükənməkdədir. Azərbaycan münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli hüququnu özündə saxlayır”. Bu fikri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin tanınmış “QORDON” nəşrinə müsahibəsində deyib. Səfir qeyd edib ki, ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürsə də, hələ də haqq-ədalətin bərpası üçün real addım atmır. ATƏT-də hazırki situasiyanın həlli üçün dəqiq mexanizm yoxdur. Diplomat qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin ən faciəvi səhifəsi Xocalı soyqırımıdır. 600-dən çox insanın, o cümlədən qadın və uşaqların qətlə yetirildiyi Xocalı soyqırımının 25 ili tamam oldu. Qarabağda separatçılıq hərəkatının liderlərindən olmuş Ermənistanın hazırki prezidenti Serj Sərkisyanın əli dinc azərbaycanlıların qanına batıb. Səfir buna sübut olaraq Sərkisyanın ingilis jurnalisti Tomas de Vaala müsahibəsində dediklərini xatırladıb: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq”. Belə bir şəxsdən konstruktiv mövqe gözləmək olarmı? Azərbaycanın torpaqlarının hələ də işğal altında olduğunu vurğulayan səfir bildirib ki, Ermənistan tərəfi cəbhə xəttində mütəmadi təxribatlar törədir, hər gün Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrini və mülki şəxsləri müxtəlif silahlardan atəşə tutur. “Bu yaxınlarda erməni silahlı birləşmələrinin Füzulinin Alxanlı kəndi istiqamətində açdığı atəş nəticəsində iki yaşlı Zəhra və onun nənəsi həlak olub. Heç kim zamin dura bilməz ki, bu faciə təkrarlanmayacaq. Çünki Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair 4 qətnaməsini yerinə yetirmək istəmir və təxribatçı əməllərini davam etdirir”,- deyə diplomat bildirib. Səfir müsahibəsində, həmçinin ötən ilin aprel hadisələrindən, Azərbaycanın güclənən ordusundan, Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrdən, mövcud problemlərin aradan qaldırılmasının vacibliyindən də danışıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info