“TAP-ın tikintisi ətraf mühitə neqativ təsir etməyəcək“
Tarix: 25.07.2017 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


"İtaliyanın Ətraf Mühit Nazirliyi zəmanət verir ki, TAP layihəsinin tikintisinin ətraf mühitə heç bir neqativ təsiri olmayacaq". Bu barədə TAP-ın İtaliya üzrə meneceri Mikele Mario Elia ətraf mühit və iqlim məsələləri üzrə ekspertlərin iclasında bildirib. Onun sözlərinə görə, TAP-ın tikintisi zamanı müasir texnologiyalar və standartlar istifadə olunur: "Bu texnologiya və standartlardan mövcud qaz kəmərləri şəbəkəsinin tikintisi zamanı da istifadə olunub". Menecer əlavə edib ki, TAP konsorsiumu İtaliyanın Apuliya regionunda tikinti işlərinin aparılması üçün icazə alıb və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir. Elia əlavə edib ki, TAP İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək. TAP Avropa İttifaqının enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info