“AtaHolding” Şirkətlər Qrupunun 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinq
Tarix: 25.07.2017 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel & Spa Baku” otelində “AtaHolding” Şirkətlər Qrupunun 2017-ci il 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinq keçirilib.
Brifinqdə "AtaHolding” Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova jurnalistlərə bu ilin 6 ayı ərzində PR üzrə görülən işlərin hesabatını təqdim edib.
Bildirib ki, bu müddət ərzində “AtaHolding” Şirkətlər Qrupunun fəaliyyəti ilə bağlı mətbuatda 42 press reliz işıqlandırılıb. Ümumilikdə isə mediada 3 442 məlumat öz əksini tapıb. “Media Consulting Sevice” şirkətinin apardığı monitorinqə görə “Excelsior Hotel Baku” oteli 2017-ci ilin yanvar, mart, aprel, may və iyun aylarında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerdə qərarlaşıb.
D.Zamanova qeyd edib ki, bu müddət ərzində AtaTravel MMC-nin sponsorluğu ilə Travel X tədbiri keçirilib. Tədbirin əsas məqsədi insanların aktiv səyahət etməyə həvəsləndirməkdir. «Excelsior Hotel Baku» otelində "Musiqi Bayramı 2", "Summer Party" tədbirləri, “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşlarından ibarət komandalar arasında “Nə?, Harada?, Nə Vaxt” oyunu keçirilib.
Bu il “Excelsior Hotel & Spa Baku” oteli və Qərb Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanmasına həsr edilmiş tədbir keçirilib. Əməkdaşlıq müqaviləsi çərçivəsində Qərb Universitetinin “İşgüzar-inzibatçılıq” fakültəsi tələbələri III kurs istehsalat və IV kurs diplomqabağı təcrübələrini “Excelsior Hotel & Spa Baku” otelinin departamentlərində keçə biləcəklər. Tədbir facebook səhifəsində canlı yayımla göstərilib.
25 yanvar 2017-cı il tarixində “Excelsior Hotel Baku” otelində AtaHolding-in əməkdaşı Elməddin Hüseynov tərəfindən tələbələr üçün “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırlması, menecmentə sistemli yanaşma” mövzusunda təlim keçirilib.
8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş breyin rinq yarışı keçirilib. 14 aprel 2017-ci il tarixində “Excelsior Hotel Baku” otelinin təşkilatçılığı ilə “Baku Fashion 2017” tədbiri keçirilib.
“AtaTexnologiya” MMC-nin baş direktoru Mais Yusifovun “Azərbaycan yüksək texnologiyalı məhsul və xidmətlərin istehsalçısı və ixracatçısı olan ölkəyə çevrilir” adlı müsahibəsi Prezident Aparatı yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun “Azad sahibkarlığın təşviqi” layihəsi çərçivəsində “İqtisadiyyat” qəzetində dərc edilib.
D.Zamanova bildirib ki, “AtaSığorta” ASC İcbari Sığorta departamentinin rəhbəri Fariz Hacızadənin “Karyera yolçuluğuna 11-ci sinifdən başlayan sığortaçı” adlı müsahibəsi 14 aprel 2017-ci il tarixində “Kaspi” qəzetinin “Uğur” hekayəti rubrikasında, “Sia”, “Trend”, “Finance Time” və “365.az” agentliklərində dərc olunub.
“Excelsior Hotel Baku” otelinin baş meneceri Turhan Poyrazın “Lüks otel üçün önəmli olan - keyfiyyət standartlarının davamlılığını saxlamaqdır” adlı müsahibəsi Prezident Aparatı yanında Kütləvi İnformasiya Vasitələrinə dəstək Fondunun “Azad Sahibkarlığın təşviqi” layihəsi çərçivəsində “İqtisadiyyat” qəzetində dərc olunub.
Dilarə Zamanova həmçinin qeyd edib ki, “AtaHolding” Şirkətlər Qrupu öz ənənəsinə sadiq qalaraq bu ildə jurnalislərə üçün müxtəlif tədbirlərin keçirilməsini planlaşdırır. Belə ki, ilin sonuna kimi jurnalislər arasında müxtəlif idman yarışlarnın keçirilməsi, press-turların təşkil edilməsi nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info