Azay Quliyev Ankarada Şuşadan danışıb
Tarix: 30.04.2013 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələri qeyri-hökumət təşkilatları forumunun toplantısı keçirilir. Tədbirdə ümumilikdə 12 ölkədən, o cümlədən Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstan nümayəndə heyətləri iştirak edir.
Tədbirdə Azərbaycan nümayəndə heyətinə forumun sədri Azay Quliyev rəhbərlik edir. Toplantıda QDİƏT ölkələri qeyri-hökumət təşkilatları forumunun regional əməkdaşlıqla bağlı təklifləri və fəaliyyət proqramı müzakirə edilib.
Ankarada olan Azərbaycan nümayəndə heyəti Medya İşçiləri Sendikasını (Medya-İş) ziyarət edib. Anadolu Agentliyindəki görüşdə Medya-İş baş direktoru Gürsel Eser Azərbaycanın Şuşa şəhərinin 21 ildir işğal altında qalmasının qəbuledilməz bir durum olduğunu vurğulayıb. O, Azərbaycanın mədəniyyət beşiyi olan Şusada bir çox bəstəkar, şair və yazar yetişdiyini söyləyib. Şuşanın işğalına son qoyulmasının vacibliyini vurğulayan Gürsel Eser "Azərbaycanın mədəniyyət şəhəri olan Şuşaya yenidən Azərbaycan vətəndaşlarının yerləşməsini tələb edirik" deyib.
Milli Məclisin deputatı Azay Quliyev Şuşanın sadəcə Dağlıq Qarabağın deyil, Azərbaycanın da göz bəbəyi olduğunu dilə gətirərək, orada 21 il öncə 8 may tarixində Ermənistan tərəfindən işğalın gerçəkləşdiyini xatırladıb: “Biz 21 ildir Şuşasız yaşayırıq. Şuşa adi bir şəhər deyil, yalnız bir kültür mərkəzi və mədəniyyət beşiyi deyil. Şuşa bizim üçün siyasi bir anlam da daşıyır, çünki Dağlıq Qarabağın ən önəmli şəhəri olan Şuşada Azərbaycan türkləri yaşayıblar. Şuşa dövlət, kültür və siyasət adamları yetişdirib"-deyə A.Quliyev söyləyib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçən il "Şuşaya azadlıq!" kampaniyası başlatdığını qeyd edən A.Quliyev bu məsələdə Türkiyə dövləti və mediasının dəstəklərini gözlədiyini vurğulayıb.
Qeyd edək ki, Milli Məclisin deputatı Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının koordinatoru Rufiz Qonaqov, Beynəlxalq Əməkdaşlıq Mərkəzinin sədr müavini Xəlil İsmayılov və Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı daxildir.
Qeyd edək ki, QDİƏT ölkələrinin QHT Forumunun təsis toplantısı 27 noyabr 2012-ci ildə Bakıda keçirilib. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə baş tutan tədbir zamanı forumun hüquqi bazası müəyyənləşdirilərək Bakı Bəyannaməsi imzalanıb və şuranın sədri Azay Quliyev forumun sədri seçilib. Qurumun əsas məqsədi region dövlətlərinin həyata keçirdiyi böyük layihələrə ictimai dəstəyi təmin etmək, ölkələrdə vətəndaş cəmiyyəti institutlarının inkişafına nail olmaqdır.
İLKİN




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
22.08.2019
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22.08.2019
Əli Kərimli mərasimləri, məzarlıqları özünün təbliğat tribunasına çevirməyə çalışır
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info