Sambo üzrə Naxçıvan birinciliyinin qalibləri müəyyənləşib
Tarix: 25.07.2017 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr arasında keçirilən sambo üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarış başlamazdan əvvəl Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək, yarışın məqsədi barədə idmançılara geniş məlumat veriblər.
Birincilikdə 9 çəki dərəcəsi üzrə 40-a yaxın idmançı mübarizə aparıb. Beynəlxalq Sambo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Məhəmməd Seyidov, Səid Seyidov, Sami Səfərov, Xanpolad Tutayuk, Məhəmməd İsayev, Bulud Əliyev, Faiq Məmmədli, Rauf Cabbarlı və Məhəmməd Əlizadə müvafiq olaraq 23, 26, 29, 32, 35, 38, 42, 46 və 53 kiloqram çəki dərəcələrində birinci yerə layiq görülüblər.
Hər çəki dərəcəsində yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Cüdoçumuz İrina Kindzerska dünya çempionatında növbəti qələbəsini qazanıb
26.09.2018
Ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar
26.09.2018
Cüdo üzrə dünya çempionatında fərdi mübarizəyə yekun vurulacaq
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info