DGTYB-nin gənc ədəbiyyatçıların həyatındakı rolu və türk dünyasına xidməti
Tarix: 25.07.2017 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


TARİXÇİ ALBERT SOREL YAZIRDI: ”DOĞU PROBLEMİ TÜRKLƏRİN AVROPAYA GİRMƏSİ İLƏ BAŞLAMIŞDIR” Məhz o vaxtdan bu yana tarix boyu olduğu kimi türklərə, türkçülüyə qarşı planlar qurulmuşdur. Müxtəlif yönlü siyasi həmlələrə, iç o cümlədən xaricdən olunan təyziqlərə baxmayaraq, Türk Dövlətləri bu gün də birliyini, bərabərliyini qoruyub saxlamışdır. Yalnız siyasi-iqtisadi deyil, mədəni əlaqələrinin də köklü bağlılığa dayandığı Türk Dövlətləri yaratdığı ortaq qrum və təşkilatlar və onların birgə fəaliyyəti ilə bu bağlılığı möhkəmlətməyə xidmət edir. Milliliyinə, tarixinə, mədəni irsinə sahib çıxıb onu nəsildən-nəsilə aşılamağı bacaran qrum və təşkilatların həyata keçirdiyi tədbirlər və layihələr inkar edilməz əhəmiyyətə malik olmaqla bərabər, dünyanın fərqli yerlərində Türk Dünyası adına xidmət edir. Bu baxımdan ölkəmizdə fəaliyyət göstərən DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİNİ(DGTYB) xüsusi vurğulamaq lazımdır. “Dünya Gənc Türk Yazarlar Birliyi yarandığı gündən hər zaman Türk Dünyasının istedadlı gənc yazarlarının səsi olmağa çalışıb. Türk Dünyasının önəmli ünvanı olan çağdaş Azərbaycan ədəbiyyatına nəzər saldıqda, son dövrlər yeni imzaların ədəbi ictimaiyyətə tanıdılmasında DGTYB-nin həyata keçirdiyi ədəbi layihələrin, poeziya görüşlərinin də rolunun danılmaz olduğunu görərik. Çağdaş dövrdə Azərbaycan ədəbiyyatında gənc yazarların rolunu araşdırdıqda, görürük ki, ölkənin bölgələrində yetərincə istedadlı, yeni yaradıcı düşüncəyə malik yazarlar özlərinə məxsus ovqatla və ovqata çalışır… Bəzən, ədəbi mühitə o qədər də bəlli olmayan, ancaq yaradıcıllıq axtarışında olan xeyli gənc yazar bölgədə qalmaqla, kölgədə qalır. DGTYB–nin ötən illərdə yeni layihə çərçivəsində bölgələrimizdə keçirdiyi tədbirlərdə ədəbi ictimaiyətə o cümlədən , Türk Dünyası ədəbi dairələrinə tanış olmayan belə istedadlı gənclərlə tanışlıq onların daha geniş auditoriyaya təqdim olunmasında həlledici rolu ounayıb.” (ƏKBƏR QOŞALI) DGTYB–nin məclis başqanı ƏKBƏR QOŞALIdan gətirdiyim bu sitatdan da aydın görünür ki, bu təşkilat həyata keçirdiyi fəaliyyətlərlə bölgələrimizdəki istedadları kəşf edib, ədəbi mühitə tanıtmaqla bərabər onların türk dünyasında tanınmasına da maksimal imkan yaradır. Yaxın illər ərzində DGTYB-nin gənclər fondunun dəstəyi ilə reallaşdırdığı “BÖLGƏLƏRDƏN SƏSLƏR I,II, III” , eləcə də “SƏS…SÖZ…RƏNG” toplularında müxtəlif bölgələrdən olan gənc istedadların yaradıcıllığı işıqlandırılmışdır. Sevindirici haldır ki, bu topllularda Naxçıvanda yaşayıb -yaradan gənc qələm sahiblərindən olan QIZBƏSTİ SULTAN, İSA HƏSƏNOĞLU, GÜLSADƏ, MİRŞAHİN, ÜLVİ kimi gənclər yaradıcıllıq nümunələri ilə birgə ədəbi ictimaiyyətə təqdim olunub. Bunlarla birgə “BÖLGƏLƏRDƏN SƏSLƏR-3” toplusunda AĞCABƏDİ, AĞDAM, CƏLİLABAD, LAÇIN, GƏNCƏ, LERİK və s. bölgələrdən olan gənclər də bir üfüqin ilk işığına toplaşıb. Gənclər adından gənc təşkilat olan DGTYB-ə və onun üzvlərinə yeni uğur sevincləri arzulayıram…




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info