«Epress.am» : ”Ermənistan şagirdləri təhsil olimpiadalarında ən son yerləri tuturlar”
Tarix: 25.07.2017 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Ermənistanın bugünkü təhsili barədə danışan sosioloq Janna Andreasyan bu sahədə ciddi problemlərin olduğunu qeyd edir. Ermənistandakı təhsilin geriyə getdiyini deyən sosioloq qadın ölkədəki məzun və tələbələrin əldə etdikləri pis nəticələri önə çəkir. Maraqlıdır, bu gün Ermənistanda ümumtəhsil hansı səviyyədədir? Erməni tələbələr müxtəlif beynəlxalq yarışlarda hansı uğura imza ata biliblər? «Epress.am» saytının son zamanlar erməni gənclər arasında ali məktəblərə qəbul səviyyəsinin aşağı düşdüyü və bunun səbələri barədə sualını cavablandıran erməni qadın sosioloq bunu bir neçə problemlə əlaqələndirir: «İlk olaraq, mən bunu ölkədəki miqrasiyaya səbəb olan demoqrafik problemlə əlaqələndirirəm. Bundan başqa, ölkədəki doğum səviyyəsinin aşağı düşməsi də bu məsələdə önəmli yerlərdən birini tutur. Belə ki, son illər məktəb və kolleclərə qəbul olmaq istəyənlərin sayında azalmalar müşahidə edilməkdədir. Ümumiyyətlə, bu sahədəki problemlərin çoxsaylı olduğunu qeyd edərkən, pulun da vacib olduğu vurğulanmalıdır. Bizim cəmiyyətdə artıq «Sizin orta təhsildən ali məktəbə keçid üçün hazırlıq kursuna ödəniş etmək üçün maliyyəniz bəs edəcəkmi?»-kimi sualların səslənməsi adi hal alıb.
Başqa səbəb kimi isə orta məktəblərdəki aşağı göstəricilərin mövcudluğu, təbii ki, cəmiyyətimiz üçün yeni bir fenomen deyil. Məni təəccübləndirən isə bu bərədə səs-küyün bu gün az da olsa qaldırılmasıdır. Bizim məktəblər müxtəlif beynəlxalq tədqiqatlara cəlb olunsalar da, reallıq budur ki, hələ də onlar aşağı nəticələr göstərməkdə davam etməkdədirlər. Nümunə üçün bildirim ki, nüfuzlu TIMSS-ın («Riyaziyyat və elmi təhsilin keyfiyyətinin beynəlxalq monitorinqi) keçirdiyi və Ermənistan şagirdlərinin də qatıldığı olimpiadada bizim uşaqlar 180 ölkə arasında ən son yerləri tutublar».
Janna Andreasyan Ermənistandakı təhsilin aşağı səviyyəsinin başqa bir səbəbini isə ölkədəki təhsil fərqinin artması və müəllim çatışmazlığında görür: «Hazırda bu sahədə heç bir sistemləşdirilmiş siyasət mövcud deyil. Ölkənin bəzi əyalət kəndlərində təhsil sisteminin səviyyəsi ilə, şagirdlərin təhsilə davamiyyəti ilə maraqlanan belə, yoxdur. Bu çox ciddi problem kimi qəbul edilməlidir. Doğrudur, ölkədə bəzi vidiodərsliklər, ayrı-ayrı məktəblərdə sessiyalar təşkil edilməsi təşəbbüsləri irəli sürənlər var. Lakin bunlar hələ də təşəbbüs olaraq qalır».

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info