Naxçıvan Günəş Elektrik Stansiyasının istehsal gücü artırılır
Tarix: 25.07.2017 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Naxçıvan Günəş Elektrik Stansiyasının istehsal gücünün artırılması davam edir. Naxcivantv.az xəbər verir ki, stansiyada əlavə günəş panellərinin quraşdırılması başa çatdırılıb. Beləki   qurulan  7 min  723  günəş paneli  vasitəsi ilə   ildə 3 milyon kilovatsaata qədər əlavə enerji istehsal olunacaq.
Günəş Elektrik Stansiyasının istehsal gücünün artırılmasına bu ilin aprel ayından başlanılıb. Əsas işlər isə artıq  yekunlaşdırılıb. Günəş panelləri vasitəsi ilə istehsal olunan enerji artıq şəbəkəyə ötürülərək sınaq işləri aparılır. Sınaq işləri başa çatdıqdan sonra isə günəş panellərinin gücündən tam istifadə olunacaq.
Qeyd edək ki, İsveçrənin Ped Şirkəti ilə imzalanan müqaviləyə əsasən, Günəş Elektrik Stansiyasında 3.8 hektar ərazidə  7 min  723 əlavə günəş panelləri quraşdırılıb. Günəş panellərinin quraşdırıldığı sahənin 2 hektarı stansiyanın əvvəlki ərazisindəki  boş sahələr, 1.8 hektarı isə əkin üçün yararsız sahələrdir.
Günəş panelləri şəbəkəyə tam qoşulduqdan  sonra stansiyanın istehsal gücü 30 milyon kilovatsaatdan 33 milyon kilovatsaata qədər artacaq. Layihə alternativ enerji mənbəyi kimi, Naxçıvanın enerji təminatının tamamilə təbii ehtiyyatlar hesabına ödənilməsində mühüm rol oynayacaq.
2016-cı ildə  Günəş Elektrik Stansiyasında 29 milyon 922 min kilovatsaat elektrik enerjisi istehsal  olunub ki, muxtar respublikada elektrik enerjisinə olan təlabatın 20 faizi bu stansiya vasitəsi ilə təmin olunub.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info