“Mən onları “siyasi şoumen” adlandırardım”
Tarix: 30.04.2013 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Hazırda müxalifətdə seçkiqabağı təlaş hökm sürür. Təlaşın səbəbi isə artıq seçkilərdə məğlub olduqlarını görmələridir. Müxalifəti birləşdirmək üçün ortaya atılan “milli şura”, “el” və s. bu tipli qurumlar isə gözlənilən nəticəni vermir. Çünki müxalifətin birləşməsindən söhbət getsə də, düşərgə buna hazır deyil. Partiya rəhbərləri arasında qeyri-səmimilik var.
Eyni zamanda “milli şura”da yalnız vahid namizədin hansı partiyadan olmasının mübarizəsi deyil, həm də “ana müxalifət” partiyası olmaq uğrunda qızğın mübarizə gedir. Qeyri-səmimi rəftar, gizli danışıqlar, paxıllıq və s. müxalifətdə qruplaşma prosesinin daha da dərinləşməsində böyük rol oynayır. Bununla yanaşı, müxalifət düşərgəsində “milli şura”nın qaranlıq qüvvələrin məqsədlərinə xidmət etdiyini etiraf edənlərin sayı da artmaqda davam edir. ADP sədri Sərdar Cəlaloğlunun mətbuata verdiyi açıqlamada məsələyə münasibəti də dediklərimizi sübut edir. O, praktiki olaraq “milli şura” ideyasını həddən artıq çılızlaşıb ayrı-ayrı qrupların, ayrı-ayrı qaranlıq güclərin bir alətinə çevrildiyini qeyd edib və bunun da günahını Müsavatda, AXCP-də və “el” hərəkatında görüb. Digər bir diqqətçəkən məqam isə odur ki, o, bu ideyanın gerçəkləşəcəyinə inanmadığını, çünki bəzi qüvvələrin ondan xalqın mənafeyinə zidd fəaliyyət göstərmək üçün istifadə etmək istədiyini bildirib. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə verdiyi sonuncu müsahibədə Eldar Namazovu “sezonşik”adlandırıb və qeyd edib ki: “Eldar Namazov seçkidən seçkiyə fəallaşır, sonra böyük fasilə götürür, daha sonra yenidən siyasətə qayıdır”. Müxalifətdəki partiya sədrləri tərəfindən Eldar Namazova və “milli şura” ya qarşı söylənən ifadələr əslində düşərgə daxilində də qarşılıqlı etimadsızlığın hökm sürdüyünün göstəricisidir. Mövzu ilə bağlı “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov öz fikirlərini bildirdi: “Müxalifətin bəzi nümayəndələrinin bir-birilərini təhqir etməkdən başqa işləri yoxdur, çünki olan səviyyələri budur. Şou-biznes nümayəndələri gündəmdə qalmaq üçün süni intriqalardan istifadə etdiyi kimi, bu insanlar da gündəmdə qalmağın ən ucuz yolunu bir-birilərini təhqir etməkdə görürlər. Çünki xalqa deyiləsi bir sözləri, proqramları, konsepsiyaları, ideologiyaları, yeni ideyaları, söykənəcəkləri sosial baza yoxdur. Mən də onları siyasi şoumen adlandırardım. “El” hərəkatına və digər qruplara onu deyə bilərəm ki, xaricdən müəyyən qüvvələr müxtəlif ölkələrdə öz maraqlarını həyata keçirmək üçün daxildəki qüvvələrdən onlara qrant ayırmaqla istifadə edirlər. Sözügedən qurumlar da bu qəbildəndir. İndiki “el” və “milli şura” həmin qrantların əldə olunması üçün həyata keçirilən layihədir. Əslində bunların davası seçkilərdə iştirak etmək yox, pul davasıdır. Hər seçkiqabağı çıxıb müxalifətəm deyə hay-küy salmaqla həmin qrantları əldə etmək məqsədi güdürlər. Beləliklə prezident seçkisindən sonrakı 5 ildə ehtiyaclarını qarşılayacaqlar.
Rüstəm İbrahimbəyov daim Azərbaycan dövlətinin diqqətində olub. Azərbaycan dövləti tərəfindən, ümummilli lider Heydər Əliyev tərəfindən bir kinorejissor kimi hər zaman yüksək qiymətləndirilib. O, ən yüksək fəxri adlara layiq görülüb, dövlət tərəfindən evlə, torpaq sahəsi və s. ilə təmin edilib. Bəs niyə o zaman Rüstəm İbrahimbəyov indi danışdıqları barədə danışmırdı? Fikrimcə, xarici qüvvələr İbrahimbəyovun yaşından, mövqeyindən istifadə edib tora salıblar. Onun kimi tanınmış bir insanın indi qolları çırmayıb siyasətə başlamasını, bu tora düşməsini təəssüf hissi ilə qarşılayıram. Rüstəm İbrahimbəyov öz sənəti ilə, yaradıcılığı ilə Azərbaycanı dünyada daha çox tanıda bilərdi. Hazırkı fəaliyyəti isə onun kino sahəsində qazandığı nailiyyətlərə, gördüyü işlərə kölgə salır”.
"Gənc Novatorlar" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Murad İsayevin məsələyə münasibəti isə belə oldu: “Mən və rəhbərlik etdiyim birlik siyasətə qoşulmamağa çalışır. Bu fəaliyyət sahəmizin siyasətlə bağlı olmaması ilə əlaqədardır. Bir vətəndaş olaraq isə onu bildirmək istəyirəm ki, bugünkü radikal müxalifət heç də millətdən, dövlətdən yana deyil. Sadə insanlarda seçkilər öncəsi fəallaşan bir təşkilat təsəvvürü oyadırlar. Fikrimcə, onları seçkiqabağı püskürən və bununla düşməni sevindirən, sonra da dərin yuxuya gedən vulkana oxşatmaq daha doğru olardı”.
Söhrab İSMAYILOV




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bilik Günü Masallıda üç yeni məktəb binası istifadəyə verilib
16.09.2019
Lənkəranda yeni məktəb binası, Lənkəran Dövlət Universitetinin yeni tədris korpusları və tələbə yataqxanası açılıb
15.09.2019
Şəki və Oğuzda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
15.09.2019
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14.09.2019
Masallıda peşə təmayüllü siniflər yaradılacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info