Azərbaycan Türkiyəyə qaz ixracını artırıb
Tarix: 25.07.2017 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Bu ilin may ayında Türkiyə 3,727 mlrd. kubmetr təbii qaz idxal edib. Türkiyənin Enerji Bazarının Tənzimlənməsi üzrə Şuranın təqdim etdiyi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 15,9% çoxdur. Ötən ilin mayında qardaş ölkə 3,215 mlrd. kubmetr qaz alıb. Mayda idxal olunan qazın 3,266 mlrd. kubmetri boru xətləri, 461 mln. kubmetri LNG təsisatları vasitəsilə nəql olunub. Hesabat dövründə Türkiyə Rusiyadan 1,948 mlrd. kubmetr, İrandan 722 mln. kubmetr, Azərbaycandan isə 595 mln. kubmetr qaz alıb. Bundan öncə verdiyimiz xəbərə görə, 2017-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Türkiyəyə 2 mlrd. 173,71 mln. kubmetr qaz ixrac edib. Beləliklə, yanvar-may ayları ərzində Azərbaycanın Türkiyəyə ixrac etdiyi qazın həcmi 2 mlrd. 768,71 mln. kubmetrə çatıb. Qeyd edək ki, cari ilin aprel ayında Azərbaycan Türkiyəyə 576,84 mln. kubmetr qaz ixrac edib. Göründüyü kimi, aprel ayı ilə müqayisədə mayda Azərbaycan Türkiyəyə qaz ixracını 18,16 mln. kubmetr və ya 3,12% artırıb. 2016-cı ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib. Cari ilin may ayında Türkiyədə təbii qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9% artaraq 3,435 mlrd. kubmetrə çatıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Arıçılara subsidiya verilməsi ilə bağlı qərar 5 il müddətində qüvvədə olacaq
20.09.2018
Azərbaycanda Çinlə birgə elektron ticarət platforması yaradıla bilər
20.09.2018
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın satışı üçün sertifikat və lisenziya alıb
20.09.2018
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
20.09.2018
Pambığın alış qiyməti artırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info