İtaliya Avropa İttifaqındakı tərəfdaşlarından dərs almayacaq
Tarix: 25.07.2017 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


İtaliyanın Baş naziri Paolo Centiloni Vişeqrad qrupu ölkələrinin - Polşa, Çexiya, Slovakiya və Macarıstan liderlərinin İtaliyadan sığınacaq istəyən mühacirlər üçün “limanları bağlamağa” çağıran məktubundan sonra rəsmi Romanın Avropa İttifaqındakı tərəfdaşlarından dərs almayacağını bildirib. İtaliyanın ANSA agentliyi xəbər verir ki, Baş nazir Paolo Centiloni bu barədə deyib: “Avropa layihəsinə ortaq çıxdığımız tərəfdaşlarımızla, qonşu ölkələrlə həmrəyliyi tələb etmək hüququmuz var. Biz dərsləri qəbul etmirik və sözlərlə təhdid etmirik. Tələb edirik ki, Avropa şübhəli dərslər verməyərək bizimlə həmrəy olsun”. Cümə günü Macarıstanın Baş naziri Viktor Orban Vişeqrad qrupu ölkələrinin liderlərinin Baş nazir Paolo Centiloniyə məktub yazaraq Romadan sığınacaq istəyən mühacirlər üçün limanları bağlamağa çağırdığını bildirib. Vişeqrad qrupu ölkələrinin liderləri məktubda qeyd ediblər ki, köçkünlər iqtisadi mühacirlərdən fərqlənməlidirlər. Hərb variantını da istisna etməyən Baş nazir Viktor Orban problemin Liviyada həll olunmasının vacibliyini vurğulayıb. Beynəlxalq Miqrasiya Təşkilatı Avropadakı 111 min 514 köçkünün 85 faizinin – 93 min 369-nun carı il iyulun 19-dək dəniz yolu ilə İtaliyaya gəldiyini bildirib. Təşkilat, həmçinin Aralıq dənizini keçməyə çalışan 2360 miqrantın dənizdə həlak olduğunu açıqlayıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info