Astanada Azərbaycan şərab ticarət evinin yaradılması barədə danışıqlar aparılır
Tarix: 25.07.2017 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin kollegiya iclasında vurğulanıb ki, dövlət başçısının müəyyənləşdirdiyi mühüm vəzifələrdən biri də qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, ixrac məhsullarının çeşidinin və həcminin artırılması, eləcə də ixrac coğrafiyasının genişləndirilməsidir.
“Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı Honqkonq da daxil olmaqla Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana 8 ixrac missiyası həyata keçirilıb. İxrac missiyalarının nəticəsi olaraq, çay və narın Almaniyaya, nar şirəsinin İsveçə ixracı, Qətərdə park mebelinin təşviqi, distribyusiyası və satışına dair müqavilə imzalanıb, Əfqanıstana quru süd, mebel və süd məhsullarının, nar şirəsi, qənnadı məhsulları, fitinq və poletilen borular, metal konstruksiyaları və digər tikinti materiallarının, Qətərə ət, nar şirəsi və Naftalan neftindən kosmetoloji və tibbi məhsullarının ixracı, Qazaxıstana kosmetoloji və tibbi məhsullar və meyvənın ixracına dair ilkin razılaşmalar əldə edilib, Pakistana mebel, pambıq çiyidi, nar, şokolad məhsulları, konservləşdirilmiş pomidor, göbələk üzrə sifarişlər qəbul olunub. Bununla yanaşı, Pakistanda tikiləcək 71 km qaz boru kəmərinin layihəsi üçün tenderdə (boruların təchizatı) Azərbaycan və Pakistan şirkətlərinin birgə iştirakı barədə ilkin razılaşmalar əldə edilib. Qeyd edək ki, indiyədək təşkil edilmiş ixrac mıssiyalarının nəticəsi olaraq Çinə şərab, Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına, Oman və Malayziyaya alma və nar şirəsi, Qazaxıstana sənaye boyası ixrac olunub. Hazırda Astanada Azərbaycan şərab ticarət evinin yaradılması barədə Qazaxstandakı azərbaycanlı iş adamları ilə danışıqlar aparılır.
Azərbaycan şirkətlərinin vahid ölkə stendi ilə iştirakı məqsədilə görülmüş işlərin nəticəsi olaraq, Dubayda keçirilən “Gulfood” beynəlxalq ərzaq sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində 24 şirkətin məhsulları sərgilənib, Dubaya diri qoyun və ət ixracına dair 2 müqavilə imzalanıb, İspaniyaya fındıq ixracı üzrə sifariş qəbul edilib. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən iri marketlər şəbəkəsi ilə Azərbaycan məhsullarının satışı ilə bağlı razılaşmalar, eləcə də Küveytə meyvə-tərəvəz və nar şirəsinin, Misir, Əfqanıstan və Səudiyyə Ərəbistana fındıq, Dubaya çay, bal və quru süd, Səudiyyə Ərəbistanına ət ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu ilin martında Almaniyanın Düsseldorf şəhərində keçirilən “Prowein” beynəlxalq şərab sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi ilə 9 şirkətin iştirakı təmin olunub, Azərbaycan şərablarının Litvaya və növbəti mərhələlərdə digər Baltikyanı ölkələrə ixracı barədə razılıq əldə edilib. Sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3%-dən 6%-dək hissəsi büdcə vəsaitləri hesabına təşviq verilir. Bu çərçivədə qeyri-neft məhsulları ixracatçılarına 2016-cı ildə 2,3 milyon dollar həcmində ixrac qarşılığında 200,4 min manat, 2017-ci ilin ilk 6 ayında isə 13,9 milyon dollar həcmində ixraca uyğun olaraq, 1,312 mln. manat olmaqla ümumilikdə indiyədək 1,5 milyon manat ödənib. İxrac təşviqindən istifadə edən ixracatçılar məhsullarını, əsasən, Rusiya, ABŞ, Çin, Belarus, Gürcüstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Polşa, Qazaxıstan, İraq, Yunanıstan, Malayziya, Kanada, Moldova, Rumıniya və Fransa bazarlarına ixrac etmişlər. 2017-ci ildə ödənilən ixrac təşviqinin 70,2%-i üzüm şərabları və digər spirtli içkilər, 14,6%-i konserv məhsulları, şirələr, mürəbbələr və s. təşkil edir.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
AHİK sədri: “Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir”
19.09.2018
“Buta Airways”in yeni təyyarəsi Günnüt kəndinin şərəfinə adlandırılıb
19.09.2018
Rəqəmsal Ticarət Qovşağının konfransında qeyri-rezidentlərə elektron imza veriləcək
19.09.2018
“Azeri Light”ın bir barreli 80,66 dollara satılır
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info